BolgeXeber.Com » Gündəm » "Meliorasiya və Su Təsərrüfatı" ASC-də "Cavad qruplaşması"ndan inanılmaz korrupsiya

"Meliorasiya və Su Təsərrüfatı" ASC-də "Cavad qruplaşması"ndan inanılmaz korrupsiya

28-07-2014, 13:10
Oxunub: 4 296 Təkcə 3 rayonda drenaj kanallarının və şəbəkələrinin bərpası, təmizlənməsi, yenidən qurulması adı altında 8 milyon manta vəsaitin mənimsənildiyi deyilir

Ölkəninin ən çox korrupsiyalaşmış və dövlət vəsaitlərinin talan olunduğu Meliorasiya və Su Təsərrüfatı ASC-də neçə illərdir davam edən xoşagəlməz hallar davam edir. Pia.az saytı bununla bağlı bildirir ki, daxili tenderlər əsasında həyata keçirilən və ayrılan vəsaitlərin demək olar ki, 80-dən artığının mənimsənilməsi ilə nəticələnin Drenaj kanallarının və şəbəkələrinin bərpası, təmizlənməsi yenidən qurulması layihələridir. Onu da qeyd edək ki, bu araşdırmamız Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi altında olan "Cavad qruplaşması"nın bir neçə rayonda həyata keçirdiyi Drenaj kanallarının və şəbəkələrinin bərpası, təmizlənməsi yenidən qurulması lahiyyələrini əhatə edir. Ümumilikdə isə "Cavad qruplaşması"nın nəzarətində olan 20-yə qədər rayonda Drenaj kanallarının və şəbəkələrinin bərpası, təmizlənməsi yenidən qurulması layihələri 30 milyon manatdan artıqdır və yuxarıda da qeyd olunduğu kimi görülən işlərdən əldə olunan nəticəyə görə ayrılan vəsaitlərin 80-dən artığı mənimsənilib.

Meliorasiya və Su Təsərrüfatı ASC-dəki mənbədən verilən məlumata görə ASC sədrinin müavini rəhbərik etdiyi "Cavad qruplaşması" Saatlı, İmişli, Beyləqan rayonlarında həyata keçirilən Drenaj kanallarının və şəbəkələrinin bərpası, təmizlənməsi yenidən qurulması layihələrində ciddi şəkildə maliyyə maxinasiyaları həyata keçirdərək külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə yol açıblar.

İnformasiya mənbəmiz bildirir ki, drenajların bərpası işində tenderləri əsasən Z.Quliyevə və ASC sədrinin qaynı Ramiz müəllimə yaxın olan şirkətlərə verilib. Keçən il Meliorasiya və Su Təsərrüfatı ASC daxilində keçirilən tenderlərin siyahısına baxdıqda isə mənbəmizin verdiyi məlumatın doğru olduğu üzə çıxır.

Belə ki, 2013-cü ildə Saatlı rayonu Əlisoltanlı Sudan İstifadəedənlər Birliyi (SİB) üçün Drenaj kanallarının Bərpası üçün tenderin qalibi "Teymur-M" MMC elan olunub. Adıçəkilən müəssisə ilə 1,4 (1.459.826,21) milyon manatlıq müqavilə bağlanıb. Eyni zamanda İmişli rayonu Araz SİB -i üçün Suvarma və Drenaj şəbəkələrinin Bərpası üçün tender "Muğansutikinti" ASC-yə verilib və bu şirkətin hesabına 1,1 (1,121.236,48) milyon manat vəsait keçirilib.

Bundan başqa Beyləqan rayonunda Dünyamalılar Sudan İstifadəedənlər Birliyinin drenaj şəbəkələrinin bərpasının tenderi "Xudafərin İnşaatçı" MMC-yə verilib və şirkətlə 2,3 milyonluq müqavilə bağlanıb. Beyləqan rayonunda Bahar Sudanİstifadəedənlər Birliyinin (SİB) Suvarma və Drenaj şəbəkələrinin bərapası üçün tenderin qalibi "Azəri Servis LTD" MMC elan olunub və şirkətlə 2,2 milyon (2.262.326,33) manatlıq müqavilə bağlanıb.

Bu vəsaitlərin hara yox olduğu barədə demək olar ki, layihələr reallaşdırılan rayonlarda heç kimin xəbəri yoxdur. Görülən işlərə gəldikdə isə, Sudanİstifadəedənlər Birlikləri bir qayda olaraq öz hesablarına kanalların və drenajların müxtəlif yerlərində qamışların təmizləyiblər. Bir çox kanal və drenajlarda isə qamışların belə təmizlənməsi həyata keçirilməyib. Məsələn, Beyləqan rayonu Dünyamallılar Sudanİstifadəedənlər Birliyi ərazisində yerləşən drenajlar sadəcə bir neçə traktor tərəfindən görüntü olaraq təmizlənmiş, drenajlarda bitən yabanı qamışlar çıxarılaraq kənara atılmış və ətraflarına topa topa torpaq yığılmışdır. Həmçinin Bahar SİB ərazisində yerləşən drenajlarda kanllarda "kosmetik" təmir bərpa işləri görülmüş və dövlətin milyonlarla manat vəsaiti göyə sovrulub.

Qeyd edək ki, Beyləqan rayonunda müxtəlif kəndlərdə ötən il və bu il drenajların təmizlənməməsi və bu üzdən də hətta həyatyanı sahələrin qurunt sularının altında şalması ilə bağlı etiraz aksiyaları keçirilib.

İnformasiya mənbəmiz bildirir ki, Meliorasiya və Su təsərrüfatı ASC sədrinin müavini və "Cavad qruplaşma"sının digər üzvləri Saatlı, İmişli, Beyləqan drenajların, kanalların bərpası adı altında bir çox şirkətlərin hesabına keçirilmiş 8 milyon manat vəsaitin sadəcə nağdlaşdıraraq mənimsəyiblər. Hər şeydən əvvəl isə müavin və ASC sədri Əhmədzadənin qaynının "payı" çatdırılıb.

Mənbəmiz qeyd edir ki, Beyləqan, İmişli, Saatlı rayonlarında drenajların və kanalların bərpasını həyata keçirən "Teymur-M" MMC, "Muğansutikinti" ASC, "Xudafərin inşaatçı" MMC, "Azəri Servis LTD" MMC şirkətləri məhz Zakir Quliyevin və "Cavad qruplaşma"sının üzvlərinin əli ilə üzərlərinə götürdükləri layihələrin heç birini reallaşdırmayıblar. Bu üç rayonda Drenaj kanallarının və şəbəkələrinin bərpası, təmizlənməsi yenidən qurulması layihələr üçün ASC tərəfindən ayrılan 8 milyon manat vəsait isə sadəcə nağdlaşdıraraq məsul şəxslər tərəfindən mənimsənilib.

İnformasiya mənbəmiz qeyd edir ki, Meliorasiya və Su təsərrüfatı ASC sədrinin digər müavini Rafiq Aslanov da rəqibindən geri qalmayaraq bir çox rayonlarda həyata keçirilən drenaj və kanalların bərpası lahiyələrində maxinasiyalara yol açdıraraq ətrafındakıları ilə birlikdə xeyli qazanc əldə edib.

Qeyd edək ki, ASC sədrinin müavinləri Rafiq Aslanovla və rəqibinin ətrafları ilə birlikdə həyata keçirdikləri maxinasiyalar, qaranlıq lahiyələrlə bağlı, həmçini Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin həyata keçirdiyi böyük korrupsiya faktları ilə bağlı redaksiyamıza daxil olan ilginc informasiyaları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...