Bayram bahalaşması - (Video)
29-07-2014, 09:20
Oxunub: 3 322
Bir ay boyunca tutulan orucdan sonra hamı gözəl bayram süfrəsilə Ramazanı qeyd etmək istəyir
İstəklərlə maddi imkanların uyğun gəlib-gəlmədiyini bilmək üçün paytaxt bazarlarına üz tutduq. Bakının müxtəlif bazarlarında apardığımız müşahidələr zamanı məlum oldu ki, mövsümü meyvələrdə qiymət artımı hiss olunur.
Alıcının sözlərinə görə, bazar od-tutub yanır: “Göyəm 1 AZN, şaftalı 1 AZN 50 qəpiyə bahadır. Bahalıqdır bazara girmək olmur”.
Üzüm, alma və armudun bir kiloqramının qiyməti 1 AZN-dən başlayır. Hazırda ən çox tələbat hiss olunan şaftalıda da bahadır.
Bayram süfrəsinin bəzəyi olan plov bişirmək istəyənlər müəyyən mənada artıq pul xərcləməli olacaq. Kişmişin kilosunu 4-10 AZN, "qaysı"nı isə 4-6 AZN-ə almaq olar. Şabalıdın qiyməti isə 8-10 AZN arasında dəyişir. Ramazan ayının gəlişilə xurmaya tələbat artıb. Xurmanın növləri və qiymətləri, gətirildikləri ölkələr kimi müxtəlifdir. 2 AZN-dən 17 AZN-ə kimi. Hətta bir kiloqramı 20 AZN-ə də xurma tapmaq mümkündür.
Dəyişməz qalan isə ətin qiymətidir. Belə ki, mal əti 5-6 AZN arasında dəyişirsə, qoyun ətinin qiyməti 7 AZN-dən başlayır. Bununla yanaşı kartof, soğan, badımcan və lobyanın qiyməti sabit qalıb. Ramazandan əvvəl 1 AZN 50 qəpiyə satılan pomidor, hazırda 50 qəpiklə 1 AZN arasındadır. Xiyarın isə hətta 3 kiloqramını 1 AZN-ə almaq olar.
Süni qiymət artımının qarşısının alınması işini isə İqtisadiyyat və Sənaye Nazirliyi nəzarətdə saxlayır. Nazirlik isə bəyan edir ki, qiymətləri süni artıranlar cəzalandırılacaq.ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər