KATV bakılıların bayram kefinə "soğan doğradı"
29-07-2014, 13:35
Oxunub: 3 481
Ramazan bayramı ərəfəsində Bakı sakinlərinin kefinə soğan doğranılıb.
Belə ki, kabel televiziyası olan KATV-nin fəaliyyətində problemlər yaranıb. Anspress-in “qaynar xətti”nə şikayət edən oxuçular bildiriblər ki, artıq bir neçə gündüri KATV abonentləri şirkətin xidmətindən normal istifadə edə bilmirlər. Belə ki, şirkətin yayımladığı xarici kanallarda siqnal ya tamam itir, ya da istənilən səviyyədə verilmir. Problemin bayram ərəfəsində, insanların evdə olduqları vaxt baş verməsi isə kütləvi halda narazılığa səbəb olub. Çünki çoxu evdə istirahət zamanı televiziya izləmək istəyir. Yaranan problem isə nəinki xarici kanalları, hətta yerli kanalları belə izləməyə imkan verməyib. Sakinlərin şikayətinə görə, dəfələrlə bu barədə şirkətə müraciət etmək istəyiblər. Lakin KATV-nin “qaynar xətti” işləməyib. Vətəndaşların sözlərinə görə, şirkətə zəng edən zaman ya telefona cavab verilməyib, ya da sadəcə avtocavablayıcı qoşulub. Şirkətdən sayta bildiriblər ki, həqiqətən də, bir neçə gün kanalların yayımında problemlər olub. Lakin şirkətin mətbuatla işləyən əməkdaşı Pərviz Qasımov işdə olmadığı üçün ətraflı məlumat verilməyib. Sadəcə problemin həll olunduğunu bildirməklə kifayətləniblər: “Kanalların yayımında texniki nasazlıq yaranmışdı. Bu səbəbdən də, bizim yayımladığımız kanallar 2 gün işləmədi. Problemin nə səbəbdən baş verməsi ilə bağlı dəqiq bir söz deyə bilmərik. Lakin onu deyə bilərik ki, hazırda KATV-nin fəaliyyətindəki problem tam aradan qaldırılıb. Yaranmış problemlər zamanı vətəndaşların ödədikləri xidməthaqqı barədə də hələlik bir söz deyə bilmərik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər