Abel Məhərrəmova biabırçı “mükafat”
29-07-2014, 15:20
Oxunub: 3 939
“Rüşvət almayan müəllim mükafatını aldığıma görə təəssüf hissi keçirirəm"
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində D18 Hərəkatının təşkilatçılığı ilə " İlin rüşvət alan müəllimi", " İlin rüşvət almayan müəllimi" və " İlin avtoritar rektoru" mükafatlarının təqdimat mərasimi keçirilib. Avropa.info xəbər verir ki, tədbirdə ictimaiyyət vəmedia nümayəndələri iştirak ediblər. Tədbirdə ilkin olaraq çıxış edən hərəkatın rəhbəri Ruslan İzzətli bildirdi ki, ölkənin təhsil sahəsində korrupsiyanın miqyası və həcmi böyüdüyünə görə bununla bağlı universitet tələbələri arasında sorğu keçiriblər. Sorğu BDU, ATU, ADNA, Slavyan Universiteti və digər universitet tələbləri arasında keçirildiyini söyləyən Ruslan İzzətli, keçirilən sorğu zamanı, xeyli sayda rüşvət alma halları ortaya çıxdığını deyib. Sorğuya əsasən rüşvət alanlar sırasında müəllimlərdən çox rəhbərlərin əsas yer tutduğunu söyləyən Ruslan İzzətli, rüşvət almayan müəllimlərin də olduğunu qeyd etdi: ”Sorğuya əsasən tələbəni təhqir edərək döydürən BDU-nun rektoru Abel Məhərrəmov ilin ən avtoritar rektoru seçilib. Universitet rektoru avtoritar statusu daşımaması üçün təyinatlı olmamalıdır. Rektorlar nə qədər ki, tələbə və müəllimlərin istəyi ilə seçilməyəcəksə, bir o qədər də özünü ağa kimi hiss eləyəcəklər. Tədbirə dəvət olunan digər müəllimlər işlərini itirmək qorxusundan tədbirə qatılmayıblar. Həmin müəllimlərə digər həmkarları deyirlər ki, nəyə görə bizim universitetdən səni rüşvət almayan kimi, bizi isə rüşvət alan müəllim kimi qələmə verməlidirlər. Rüşvət almayan müəllimlər içərisində Nüşabə xanım bizim dəvəti qəbul edib. Rüşvət almayanlar arasında adı çəkilən müəllimlər çox idi, lakin ən çox adı çəkilən Nüşabə olduğundan mükafata layiq görüldü.” Nüşabə Sadıqlı öz çıxışında mətbuat günü münasibəti ilə mətbuat işçisi olan tələbələrini və qərəzsiz, vicdanlı, əqidəli mətbuat işçilərini təbrik etdi. İctimai qınağın vacib şərt olduğunu, bu prosesin davamlı olmasının zəruriliyini dilə gətirdi: “Rüşvət almayan müəllim mükafatını aldığıma görə təəssüf hissi keçirirəm. Çünki əslində belə bir mükafatın olması cəmiyyətdəki neqativlərdən xəbər verir.”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər