BolgeXeber.Com » Gündəm » "KİA Servis Mərkəzinin" növbəti fırıldağı

"KİA Servis Mərkəzinin" növbəti fırıldağı

29-07-2014, 17:10
Oxunub: 5 819 Ramin Məhəmmədoğlu: “KİA Servis Mərkəzi”özlərini “sudan quru” çıxartmaq üçün müxtəlif yollara əl atırlar

Xeyli vaxtdır ki, “KİA Servis Mərkəzi” ilə həmkarımız Ramin Məhəmmədoğlu arasında gedən çəkişmə nəhayyətdə məhkəmə predmentinə çevrilib. Maraqlı burasındadır ki, servis mərkəzi jurnalist həmkarımız R. Məhəmmədoğlunu məhkəməyə verib və ona qarşı ağıla sığmaz, əsassız tələblər irəli sürüb.

Oxucularımız yaxşı xatırlayarlar ki, Olaytv.az saytının baş redaktoru Ramin Məhəmmədoğlu idarə etdiyi “KİA Cerato” markalı şəxsi avtomobili ilə ağır yol nəqiliyyat hadisəsinə uğramışdır. Hadisə zamanı avtomaşına xeyli məbləğdə ziyan dəymiş və həmin zərərə görə Atasığorta şırkəti (təmir üçün) tərəfindən 11 250 manat bank hesabına köçürülmüşdür. Bundan sonra avtomobilin təmiri prosesini “KİA Serviz Mərkəzi” öz öhdəsinə götürmüş, tam təmir olunacağına dair müşdəriyə əminlik vermişdir.

Lakin səlahiyyətli “KİA Servis Mərkəzi” avtomaşını bir müddət təmir etdikdən sonra təmiri dayandırmış və müşdəridən 6000(altı) min manat rüşvət olaraq servisə ödəyəcəyini bildirmişdir. Belə olduqda isə müşdəri ilə servisin xidmət üzrə direktoru Mustafa Şaplı arasında narazılıq yaranmışdır. Mustafa Şaplı müşdəridən tələb olunan pulu ödəyənə qədər avtomaşının təmirinin dayandırılacağı bildirilib.

Bu günlərdə isə “KİA Servis Mərkəzi” barələrində yazılanlara reaksiya verib və üz tutublar məhkəməyə. Həmkarımız R. Məhəmmədoğlu bildirir ki, əslində servis bu mübahisəni qarşılıqlı həll etməli və anlaşılmadığı halda məhkəməyə müraciət etməli idi. Digər tərəfdən isə servisi mən məhkəməyə verməli olduğum halda bunu servis edib. Buda başa düşüləndir. Görünür, əməllərinə bəraət almaq üçün məhkəməyə müraciət etmək qənaətinə gəliblər. Bir şeyi unutmasınlar ki, “haqq incələr, amma üzülməz”. Harda yazılıb ki, vətəndaş ona qarşı haqsızlığa və özbaşınalığa görə etdiyi şikayətlərinə üçün məşəl əyağına çəkilir. Hər bir vərəndaşa üzləşdiyi haqsızlıqlarla bağlı şikayət etmək hüququ verilib. Mən də bu hüququmdan istifadə etmişəm.

Qeyd edək ki, “KiA Servis” Ramin Məhəmmədoğluna qarşı məhkəmə qarşısında qaldırdığı iddia ərizəsində maraqlı açıqlama verib. Belə ki, Səfərov Ə.S. tərəfindən hazırlanımış iddia ərizəsində göstərilir ki, servis mərkəzinin mütəxəsisləri avtomobilin tam müayinəsini həyata keçirmiş və tərtib edilmiş 10.02.2014-cü il tarixlı qüsur aktına əsasən dəymiş zərərin miqdarını 17839(on yeddi min səkkiz yüz otuz) manat məbləğində müəyyən ediblər. Dogurdan da belədirsə, nəyə görə “KİA Servisin” hörmətli səlahiyyətliləri dəyən zərər müəyyən edilərkən qüsur aktı indiyənə qədər müşdəridən gizlədilərək üzə çıxarmayıblar? Eyni zamanda da iddia ərizəsində göstərilir ki, Ramin Məhəmmədoğluna məxsus “KİA Cerato” markalı avtomobil qəza zamanı tam məhv, yəni yararsız vəziyyətə dümüşdür. Əgər doğurdanda dediyiniz kimidirsə və avtomaşın tam məhv edilmişdirsə onda nəyə görə təmirə yararsız avtomobili səlahiyyətli “KİA Servis” tərəfindən qəbul edilərək, üzərində təmir aparılıb? Azından bütün bunları müşdəriyə izah edib yola salmaqda olardı. Daha yox ki, müşdəridən 6 min manat rüşvət tələb olunardı! Görünür, səlahiyyətli “KİA Servis” öz işini müşdərilərini aldatmaqla, onların başına insanlığa və vicdana sığmayan süründürməçilik üzərində qurub.

Biz bir daha bəyan edirik ki, heçnədən və heç kimdən çəkinmədən öz mübarizəmizi davam etdirəcəyik. Nə olursa olsun, bu mübarizəmizdən dönməyəcəyik!

Söz ardı: Bütün media qrumlarının nəzərinə çatırıram ki, növbəti həftə içində “KİA Servisin” əsassız tələbləri barədə mətbuat konfransı keçiriləcək. Konfransın gününü təyin edib sizləri dəvət edəcəyik. Çalışacağıq ki, “KİA Servis” də bu konvransda iştirka edə bilsin.Olaytv