BolgeXeber.Com » Gündəm » Ramazan Bayramında YPX-nin postunda

Ramazan Bayramında YPX-nin postunda

30-07-2014, 10:05
Oxunub: 3 476 “Bayramlaşma” hardasa yarım saat çəkdi

Salyan rayon sakini, Qarabağ veteranı Fəxrəddin Vəliyev əməkdaşımıza maraqlı məlumat verib. Bolgexeber.com bildirir ki, bu barədə "infom.az" məlumat yayıb.

Onun birdirdiyinə görə, iyulun 27-də səhhətiylə bağlı paytaxdakı özəl klinikaların birinə müayinəyə gedib və evə qaydarkən Qaradağ rayonu ərzsindəki YPX postunda idarə etdiyi mersedes markalı dövlət qeydiyat nişanı 10 VU 804 nömrəli avtomobil polis serjant Hikmət Abdullayev tərəfinfən qanunsuz olaraq saxlanılıb:

“Soruşdum ki, məni niyə saxladınız? Polis nəfəri zarafatyana bildirdi ki, “bayramlaşmaq üçün”.

Sənədlərimi istədi, mən də verdim. 5 dəqiqə sakitcə dayandı və məndən səs gəlmədiyini görüb sənədlərimi götürüb qalxdı posta. 15 dəqiqdən sonra geri qayıtdı, yanımdan ötüb keçərək postda dayanan 7-yə yaxın daş daşıyan Kamaz sürücüləri ilə görüşüb “bayramlaşmağa” başladı. “Bayramlaşma” hardasa yarım saat çəkdi.

Bu müddət ərzində nədən ötəri saxlanıldığı aydınlaşdıra bilmirdim. Əsəblərim tarıma çəkilmişdi. Hiss edirdim ki təzyiqim yenə kəllə çarxa çıxır.

Özümə təsəlli verməyə çalışırdm ki, həmni serjant mənə yaxınlaşıb dedi: -Sənin avtomobilnin arxa qapılarındaki pərdələr qanunla nəzərdə titulan formada deyil.

Ramazan Bayramında YPX-nin Qaradağ postunda da "fitrə pulu" yığırmışlar

Bildirdim ki: -Maşınım 2003 ci ilin istesalıdır. Pərdələrdən isə artıq 2 ci ildən çoxdur ki, yay sezonunda istifdə edirəm. 8 km bazarından almışam, hal-hazırda əksər maşınlar da bundan istifadə edirlər.

Nə etdimsə, alınmadı. Polis mənə dedi ki yerində anlaşmasaq 150 manat cərimə yazacaq. Üstümdə pulum az olduğundan anlaşmaq üçün mən də məcbur qalıb pərdələri avtomobilimdən söküb çıxardım və verdim həmn serjanta. Dedim ki, tələbinizi artıq yerinə yetirdim, buraxın, çıxıb gedim. Müayinədən gəlirəm, artıq 40 dəqqədir ki, burdayam”.

Nə illah etdimsə, mümkün olmadı, başladı pratakolu yazmağa , yaza yaza dodağ altı mızıldayrdı “nə xəstə nə veteran? Bayramqabağı bizə plan qoyublar, cibimdən verəsi deyiləm ki?”

Şikayətçi veteran cavadehlərin məsələyə aydınlıq gətirməsini xahiş edərək soruşur: -“ YPX əməkdaşınin bildirdiyi irad yerində və dərhal öz həllini tapırsa o, nəyə əsəsən protokol tərtib edir?”
Bolgexeber.com