“Bank of Baku”da müştərilərin ABŞ-la əlaqəsi təftiş edilir
30-07-2014, 11:45
Oxunub: 3 620
Sosial şəbəkədə bank haqda maraqlı məlumat yayılıb
Bu ilin mart ayında MTN-nin keçirdiyi əməliyyatdan sonra şübhəli olayların yaşandığı "Bank of Baku” ASC-nin rəhbərliyi banka müraciət edən müştərilərdən ciddi skandal yarada biləcək sorğulara cavab verilməsini tələb etməyə başlayıblar.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda bildirilir ki, «Bank of Baku» hüquq-mühafizə orqanlarının səlahiyyətinə aid olan hüququ mənimsəyərək, müştəriləri təftiş edən tamamilə qanunsuz addım atıblar. Belə ki, bank rəhbərliyi müştərilərin ABŞ-la nə kimi əlaqələrini dərindən təftiş edəcək sorğu blankı hazırlayıb və bunu doldurmağı tələb edirlər.
Sosial şəbəkədə yayılan həmin sorğu bankını və orada qeyd edilən sualları da oxucuların öhdəsinə buraxır və sözügedən bankla əməkdaşlıq zamanı diqqətli olmağı məsləhət görürük.

Onu da qeyd edək ki, bu ilin mart ayında MTN tərəfindən həmin bankda ciddi əməliyyat-istintaq tədbirlərinin keçirilməsi haqda dövrü mətbuatda xəbərlər yayılmışdı. Həmin xəbərlərdən bir neçə gün sonra bankın müşahidə şurasının və müəyyən səhm payı sahibi olan Elçin İsayev şübhəli şəkildə vəzifəsindən uzaqlaşdırılmışdı. Onun yerinə isə bankın Müşahidə Şurasının üzvü, həm də Azərbaycan Beynəlxalq Bankının baş direktoru olan Elmir Həbibullayev seçilmişdir.
Lakin bu hadisənin üstündən bir ay ötməmiş Elmir Həbibullayev nəinki "Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədrliyindən, həm də üzvlüyündən müəmma doğuracaq formada uzaqlaşdırıldı. Elçin İsayev isə yenidən postuna qayıtdı.
Qarşı tərəfi də dinləməyə hazırıq.mia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər