"Atlant" İM-də qiymətlər yüksək, xidmət isə çox aşağıdır
30-07-2014, 13:55
Oxunub: 4 135
Yay mövsümi olduğundan regionlarda istirahət mərkəzləri fəaliyyətə davam etdirir. Bəzilərinin göstərdikləri xidmətlər normal olsa da, bir sıra istirahət mərkəzləri var ki, onlar digərlərindən keyfiyyətli xidməti ilə seçilmir. Belə istirahət obyektlərindən biri də Nabranda yerləşən “Atlant” istirahət mərkəzidir. Əldə etdiyimiz məlumata görə, sözügedən istirahət obyektində anti-sanitariya hökm sürür.
Havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların saxlanma rejiminə əməl olunmur. Yemək soyudulduqdan sonra təkrarən qızdırılıb istehlakçıya verilir. Şikayətçilər xalq.az-a müraciət edərək bildirirlər ki, yeməklərin hazırlanmasında istifadə olunan məhsullar zərərverici həşəratlara yoluxmuş vəziyyətdə olur.
Bunu yemək zamanı müşahidə ediblər. Baxmayarq ki, belə istirahət mərkəzlərində hər il monitorinq aparıldığı deyilir, lakin istirahət mərkəzlərində problemlər yaşanmaqdadır. Xatırlada ki,Dövlət Standlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarının keçirdiyi yoxlamalar nəticəsində bir sıra nöqsanlar aşkar edilərək ictimayyətə təqdim olunmuşdur. Belə görünür ki, heç bir nəticə cıxarmayaraq Tahir Qədəşov öz fəaliiyətini köhnə qanunları ilə idarə edir.
Onu da qeyd edək ki, verilən məlumata görə, həmin istirahət mərkəzində qeyri-peşəkar insanlar çalışırlar. Lakin otellərdə və istirahət mərkəzlərinə kifayət qədər təcrübəsi və təhsili olan mütəxəssislər götürülməlidir. Çünki onlar işlərini dərindən bildiklərinə görə öz işlərinə qarşı məsuliyyətli olurlar. Bundan başqa yay fəsli olduğuna görə orada sanitar gigeyenik qaydalara əməl olunmalıdır. Xüsusilə də yayda qidalara xüsusi nəzarət olmalıdır. Çünki yay fəslində qidalar xarab olmağa meylli olduqlarına görə qidalara nəzarət daha da gücləndirilməlidir. Zəhərlənmə kimi halların baş verməməsi üçün bu hallar nəzərə alınmalıdır. Hovuzlarda su vaxtı vaxtında təmizlənməlidir ki, orada istirahət edən şəxslər dəri xəstəliklərinə tutulmasınlar.
Əldə etdiyimiz məlumata görə, sözügedən istirahət obyektində xidmətlərin qiyməti həddən artıq yüksəkdir. Göstərilən xidmət isə ödənilən pulun müqabilində heçnədir. Verilən məlumata görə əvvəllər bura çox xarici ölkələrdə də turist gələrmiş. Demək olar ki, turist əlindən tərpənmək mümkün deyildii. Lakin son zamanlar “Atlant” istirahət mərkəzinə turist axını azalıb. Bütün bunlar isə istirahət mərkəzini nəzarətsiz olmasının nəticəsində baş verən neqativ halların nəticəsidir. Görünür, Qədəşov obyektə gələn külli miqdarda gəlirin arxasına keçərək “Atlant”da səliqə -səhmanına yaratmaq istəmir. Ancaq belə gedərsə, “Atlant” turistlərsiz, Qədəşov isə pulsuz qalacaq. Onda yəqin ki, Qədəşovun “Atlant”a ayıracaq vaxtı çox olacaq.
Qarşı tərəfində mövqeyini oşıqlandırmağa hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər