İsmayıllıda polis rəisi döyüldü
31-07-2014, 09:45
Oxunub: 4 644
Bir neçə gün öncə yol polisi əməkdaşlarının İsmayıllıda keçirdiyi reydlər zamanı insident baş verib.
Rayon sakinlərinin "azvision.az"a bildirdiyinə görə, İsmayıllı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi Əhməd Cəlilov keçirdiyi reyd zamanı yol hərəkəti qaydalarını pozan Fuad adlı sürücüyə saxlama əmir verib.
Sürücü maşını tərk edərək polis rəisinə yaxınlaşıb və hansı səbəbdən saxlanıldığını dəqiqləşdirmək istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Əhməd Cəlilov sürücünün ünvanına söyüş və təhqiramiz ifadələr işlədib. Bundan hiddətlənən sürücü Ə.Cəlilova bir neçə yumruq zərbəsi endirib. Tərəflər əlbəyaxa olublar. Hadisə yerinə gələn Post Partul Xidmətinin əməkdaşları sürücünü polis bölməsinə aparıblar.
Sürücünün yaxınları dərhal DİN-in 102 xidmətinə müraciət edərək hadisənin araşdırılmasını, Ə.Cəlilovun işlətdiyi söyüşlərə görə cəzalandırılmasını tələb ediblər.
Şahidlərin iddialarına görə, Əhməd Cəlilov reyd zamanı sərxoş vəziyyətdə olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər