Nəcməddin Sadıqovun yerinə Vahid Əliyev gətirilir?
31-07-2014, 13:50
Oxunub: 6 865
Müdafiə Nazirliyində kadr dəyişikliyi gözlənilir
Son vaxtlar Müdafiə Nazirliyində aparılan və həyata keçirilməsi planlaşdırılan kadr islahatları ilə bağlı söz-söhbətlər səngimək bilmir. Bu söz-söhbətlərdə əsas yeri, məlum olduğu kimi, Baş Qərargah rəisi tutur. Müdafiə Nazirliyinə yaxın mənbələrdən saytımıza daxil olan maraqlı məlumat da məhz N.Sadıqovla bağlıdı. Mənbənin bildirdiyinə görə, xüsusilə “Yeni Müsavat” qəzetində dərc olunan və cəmiyyətdə birmənalı qarşılanmayan məlum yazıdan sonra hazırda adı çəkilən generalın əvəzlənməsi istiqamətində ciddi işlər gedir. Bu yöndə yeni namizədlərin saf-çürük edilməsi, ən real namizədin həmin vəzifəyə təyin olunması üçün artıq müəyyən addımlar atılıb. Ən maraqlısı isə ondan ibarətdir ki, namizədlərin arasında Vahid Əliyevin də adı hallanır. Mənbənin bildirdiyinə görə, ehtimal olunur ki, yaxın vaxtlarda Baş Qərargahın səlahiyyətləri dərhal artırılandan sonra, çox güman, bu plan işə düşəcək. Bunu N.Sadıqovun özünün də bilməsi ehtimal olunanlar sırasındadır. İndilərdə isə onun müxtəlif tədbirlərdə canfəşamlıq etməsi isə yalnız illüziya xarakteri daşıyır. Ən azı ona görə ki, şəxsi heyət qarşısında öz dogma dilində deyil, yalnız rus dilində danışan N.Sadıqovun səmimiyyətinə artıq çoxları şübhə ilə yanaşmağa adət edib…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər