Qazaxın icra başçısına qarşı 3 milyon manatlıq yeyinti ittihamı
1-08-2014, 09:55
Oxunub: 3 246
Ayaz Əsgərov ona olan etimadı xərcləyib
Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bu günlərdə vəzifəsindən azad olunacaq. Bu barədə dia.az-ı bilgiləndirən hökumətdəki mötəbər mənbə iddia edir ki, Ayaz Əsgərov dövlət büdcəsindən 3 milyon manata yaxın vəsaiti mənimsəməsi səbəbindən hədəfə çevrilib və bu zaman «yuxarılar»a belə saxta hesabat verməklə iz azdırmağa çalışıb.Daxil olan məlumatlarda deyilir ki, dünənə qədər Ayaz Əsgərov prezident İlham Əliyevin nəzərində müsbət icra başçılarından biri kimi dəyərləndirilsə də, onun bu şəkildə dolandırıcılıq etməsi özünə olan etimada böyük zərbə vurub: «Təbii ki, hər bir icra başçısının yeyintisi var, amma burada söhbət «yuxarılara» fırıldağın gəlinməsindən gedir ki, Ayaz Əsgərov da məhz fırıldaq yolu ilə külli miqdarda pulu mənimsəyib».
Onu da bildirək ki, Qazaxın icra başçısına qarşı cinayət işinin açılması da gözlənilir. Bu barədə dia.az-ı bilgiləndirən mənbəyə görə, belə bir addım atıla da bilər: «Hələlik qəti qərar verilməyib. Amma Ayaz Əsgərova qarşı sərt bir münasibət var. Doğrudur, hakimiyyət öz kadrını bu şəkildə vurmaya da bilər. Lakin hər şey gözləniləndir».
Qeyd edək ki, Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. Azərbaycanlıdır.
Ali təhsillidir. 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışmışdır.
2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır.6 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı vardır
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər