Günün rəzaləti:11 şəhid və 8 TV-də şıdırğı konsert...
1-08-2014, 11:05
Oxunub: 3 755
Bizə görə canını fəda edən gənc insanların acısına üzülməyiniz başınıza dəysin, heç olmasa, bir az susun
Bilənlər bilir, bu səhər qara xəbərlə açılıb. Ermənilərlə təmas xəttində milli ordumuz 8 (bəzi məlumatlara görə, 11) şəhid verib. Gənc insanlar bizi, torpağımızı qoruyarkən həlak olublar.
Telekanallar bu barədə xəbər yaymaq əvəzinə proqramlarına heç bir dəyişiklik etməyiblər. Hamısında ənənəvi əyləncə xarakterli musiqili verilişlər gedir. Şou-biznes adamları studiyalarda ya şit-şit, hırıltılı, qəhqəhəli söhbətlər edir, ya da qol götürüb oynayırlar.
Başqa vaxt "vətən, torpaq, xalq, millət" deyə-deyə camaatın başını yarırlar. Bu nə davranışdır, bu nə hərəkətdir?! Siz bu millətdən deyilmisiniz? Bizə görə canını fəda edən gənc insanların acısına üzülməyiniz başınıza dəysin, heç olmasa, bir az susun.
Allah bilir, bəlkə də onların bu hadisədən xəbərləri belə yoxdur. Belədirsə də çox pis. Ar olsun! (musavat.com)

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər