Vəhhabilərin Azərbaycandakı biznes şəbəkəsi - Foto
1-08-2014, 18:00
Oxunub: 2 961
Son aylarda Azərbaycanda ayrı-ayrı dini təriqətlərin və marjinal dini qrupların güclənməsi ilə bağlı bir sıra məlumatlar yayılıb
Azərbaycanlıların Suriyadan, İraqdan ölüm xəbərlərinin gəlməsi ilə həmin ölkələrdə döyüşməyə gedən həmyerlilərimizin ümumi sayını təsəvvür etmək mümkündür. Hesablamalara görə, 300-dən çox azərbaycanlı həmin ölkələrə döyüşməyə gedib. Azərbaycanda mövcud olan və Səudiyyə Ərəbistanı təmayüllü olması ilə seçilən bu dini cərəyan nümayəndələri özlərini sələfi, xəvaric və s. adlara bölsə də, onların ümumi adı olan vəhhabilik daha çox işləkdir.
Vəhhabilərin Azərbaycandakı biznes şəbəkəsinə nələr daxildir?
Vəhhabilərin hazırda ölkə xaricindən maliyyələşməsi ilə bağlı iddialar səslənsə də, bunları sübut edəcək fakt yoxdur. Ancaq bu dəqiqdir ki, adı çəkilən cərəyanın ölkəmizdə ciddi biznes şəbəkəsi var. 8-ci km qəsəbəsindəki avtomobil servislərinin və xırda obyektlərin bir çoxunun məhz vəhhabilərə məxsus olması çoxlarına məlumdur.
İtaliyanın məşhur oboy şirkəti olan “Zambaiti”nin də bu cərəyana məxsus olması onların ölkəmizdəki iqtisadi gücünü artırır. Təsadüfi deyil ki, özlərinə sələfi deyən bu dini kəsimin içərisində normal imkanı olan şəxslər “Zambaiti”dən alış-veriş edir. Adlıçəkilən şirkət İtaliya brendi olsa da, onun məhsullarının Avropadan deyil, məhz Dubay şəhərindən gətirilməsi də məsələnin agah olmasına yardım edir.
Vəhhabilərin ölkəmizdəki biznes şəbəkəsi içərisində özünəməxsus yer tutan obyektlərin ən çoxu Binə və Sədərək Ticarət Mərkəzlərində yerləşir.
Orta və ortadan bir qədər yüksək biznes obyektlərinin olduğu bu ticarət mərkəzlərində vəhhabilər ticarət mərkəzi daxilində də şəbəkə yaradıblar.
Bir vəhhabi böyük ayaqqabı dükanı işlədirsə, onun yanına kostyum almağa gələn müştərini “qardaşların” dükanına göndərmək bir qayda halını alıb. Araşdırmalarımıza görə, adıçəkilən ticarət mərkəzlərində 400-dən çox obyekt vəhhabilərə məxsusdur və onların hər birinin orta aylıq gəliri 2500-3000 manatdan yüksəkdir.
Araşdırmalarımız davam edəcək.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər