Sabiq deputat Nizami İsgəndərov haqqında yazılanları təkzib etdi
1-08-2014, 20:25
Oxunub: 3 154
"Mənim haqqımda məlumat verən şəxsin əlində faktı varsa buyurub ortaya qoysun"
Bu gün bəzi mətbu orqanlarda Sumqayıt şəhəri, 1-ci məhəllə, “Bağçaların yanı” deyilən ərazidəki parkın, orada bina tikilməsi məqsədilə dağıdılması və bunun sabiq deputat ,tanınmış iş adamı Nizami İsgəndərovun adı ilə bağlanması haqda məlumatlar yer alıb.Sabiq deputat haqqında yayılan informasiyaları təkzib edib.
Məsələ ilə bağlı iş adamı Nizami İsgəndərovun ) açıqlamasını olduğu kimi təqdim edirik:
“Bu gün Azərbaycan ən çətin günlərindən birini yaşayır. 9 ӧvladımızı şəhid vermişik. Allah bütün şəhidlərimizə rəhmət etsin, xalqımıza mətin olmağı arzulayıram. Belə bir ağır gündə bəzi fürsətçilər mətbuatı yanlış yerə istiqamətələndirərək gorünür fikirləri ermənilərin üzərindən yayındırmağa çalışırlar. Bu səbəbdən də mətbuatı qınamıram. Onlar ӧz işlərini gӧrürlər. Bəzi fürsətçilər isə təəsüf ki, bundan sui- istifadə edir.
Haqqımda yazılanların heç bir əsası yoxdur. Bundan şübhəsi olan hər kəsin, o cümlədən mətbuatın araşdırma haqqı var. Buyursunlar yazılanları yerindəcə araşdırsınlar. Mənim haqqımda məlumat verən şəxsin əlində faktı varsa buyurub ortaya qoysun. İstənilən halda üzləşməyə hazıram. Yazıda sӧzü gedən ərazidə hər hansı bir tikintinin təsadüfən saytlardan ӧyrənmişəm. Elə bir tikinti varsa demək ki, bunun sənədləri də var.
Yazıda tək mənimlə bağlı deyil, Sumqayıt şəhər rəhbərliyi və şəhərin ekologiyası ilə də bağlı düzgün olmayan məlumatlar verilib. Son illər dӧvlət başçımız cənab İlham Əliyevin nəzarəti altında ӧlkənin hər yerində olduğu kimi Sumqayıtda da ciddi islahatlar və abadlıq işləri aparılıb ki, bu da gӧz qabağındadır.
Son olaraq mətbuatı yanlış yerə istiqamətləndirənlərə üzümü tutub deyirəm:əlinizi vicdanınıza qoyaraq heç olmasa belə bir gündə vətənimiz üçün canlarını fəda etmiş əziz şəhidlərimizin ruhundan utanın. Hesab edirəm ki, bu gün belə cılız oyunlar oynamaqdansa hamımızın bir borcu olmalıdır ki,o da Ali Baş Komandanımız cənab prezident İlham Əliyevin ətrafında sıx birləşib onun apardığı uğurlu siyasəti dəstəkləməkdən ibarətdir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər