Nizamidə şəhidlər Xiyabanı satıldı: Keşlə sakinləri ayağa qalxdı-VİDEO
2-08-2014, 10:55
Oxunub: 4 066
Bir qrup Keşlə qəsəbə sakini etiraz aksiyası keçirib
Bolgexeber.com axar.az-a xəbər verir ki, sakinlərin etiraz etməsinə səbəb qəsəbədə yerləşən Şəhidlər Xiyabanının bir hissəsi hesab edilən ərazinin bu sahəyə qonşuluqda yaşayan şəxs tərəfindən zəbt edilməsidir.
Nizami rayon, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, ev 1E-də yaşayan Elşən Əhmədov qonşuluğunda yerləşən 7 sot torpaq sahəsini öz ərazisinə qatıb.
Qəsəbə sakinləri Elşən Əhmədovun burada mağaza tikəcəyini və bunun şəhidlərin ruhuna hörmətsizlik olacağını bildirirlər. Onların sözlərinə görə, Şəhidlər Xiyabanının bir hissəsi hesab etdikləri bu yerdə mağaza tikilməsi, qapısının isə Xiyabana açılması heç bir məntiqə sığmır. Onların sözlərinə görə, Şəhidlər Xiyabanına doğru olan ərazini öz həyətinə qatan Elşən Əhmədov xiyabana ikinci qapı açmaqla, əslində buranı satmağı planlaşdırır.
Qeyd edək ki, rəsmi sənədlərdə torpaq sahəsi Elşən Əhmədovun oğlu Telman Əhmədovun adına qeydiyyata alınıb. Burada diqqət çəkən məqamlardan biri isə torpağın yaxın vaxtlarda, yəni 17 iyul 2014-cü ildə qeydiyyatdan keçirilməsidir. Torpaq Komitəsinin çıxarışı göstərilsə də, torpaq sahəsinin ayırılması ilə bağlı bələdiyyə və tikinti ilə bağlı İcra Hakimiyyətinin sənədlərini isə sahibkar nədənsə göstərmək istəmədi.
Xatırladaq ki, E.Əhmədovun məşhur “Sərin” restoranının sahibinin qardaşı olduğu da bildirilir.
Ətraflı süjetdə...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər