BolgeXeber.Com » Gündəm » Partiya sədri xalqa başsağlığı verdi

Partiya sədri xalqa başsağlığı verdi

2-08-2014, 16:30
Oxunub: 2 985 "Bütün Azərbaycan xalqına baş sağlığı verir, səbr diləyirəm"

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı şəhid olmuş Azərbaycan əsgərləri ilə bağlı başsağlığı verib. Bolgexeber.com-un məlumatına görə, başsağlığında deyilir:
“Əziz Azərbaycan xalqı! İşğal olunmuş Azərbaycan ərazilərində və bütün cəbhə boyu erməni hərbi birləşmələri fəallaşaraq müdafiənin ön xəttində yerləşən mövqelərimizi və cəbhə boyu yerləşən yaşayış məntəqələrimizi intensiv atəşə tutmaqdadır. Silahlı Qüvvələrimizin hərbi qulluqçularının şücaəti nəticəsində düşmənin cəhdlərinin qarşısı qətiyyətlə alınır və düşmən itki verərək geri çəkilməyə məcbur edilir.
Himayədarlarının göstəriş və dəstəyindən güc alan ermənilərin təxribatlarının qarşısının alınması üçün xalqımız ölkə Prezidentinin və Ali Baş Komandanın ətrafında daha sıx birləşməli və düşmənə layiq olduğu cavabı verməliyik. Biz əminik ki, güclü Azərbaycan ordusu düşmən üzərində qələbənin təmin edilməsi üçün lazım olan bütün addımların atılması istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək. Son günlər düşmən hücumlarının qarşısını alan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki vermiş və qəhrəman əsgərlərimiz şəhidlik zirvəsinə yüksəliblər. Şəhid olmuş əsgərlərimizin yaxınlarına və bütün Azərbaycan xalqına baş sağlığı verir, səbr diləyirəm. Allah rəhmət eləsin”.
Bolgexeber.com