BolgeXeber.Com » Gündəm » Abşeron rayonu Saray qəsəbəsinin bələdiyyəsində özbaşınalıq pik həddə çatıb
Abşeron rayonu Saray qəsəbəsinin bələdiyyəsində özbaşınalıq pik həddə çatıb
4-08-2014, 15:10
Oxunub: 4 943
“Torpağın sotuna 2500 manatdan pul ödə, torpağı sənə verim. Hal-hazırda torpağın dövlət rüsumu qalxıb”
Ölkədə vətəndaşların sosial müdafiəsi və mənzil şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülsə də, bəzi məmurlar bu vəziyyətdən sui-istifadə etməklə məşğuldur. Vətəndaşlar qanunla ayrılmış torpaq sahələrini almaq üçün illərlə süründürülür, nəzərdə tutulan torpaq sahələri it-bata düşür və sair. Buna səbəb isə həmin ərazilərə nəzarət edən məmurlarıın tamahı və şəxsi maraqlarıdır.Ən çox şikayət olunan yerlərdən biri də Abşeron rayonunun Saray qəsəbəsinin bələdiyyəsidir.Vətəndaşların Saray qəsəbəsinin bələdiyyəsindən və onun keçmiş sədri Ənvər Piriyevdən o qədər narazı idilər ki, bu yaxınlarda öz haqlarını tələb etmək üçün ayağa qalxmışdılar. Bolgexeber.com-a daxil olan məlumatlarda bildirilir ki, vətəndaşlar onlara qanuni olaraq çatacaq torpağı ala bilməyirlər. “Torpağın sotuna 2500 manatdan pul ödə, torpağı sənə verim. Hal-hazırda torpağın dövlət rüsumu qalxıb” – deyə bələdiyyə sədri açıq -aşkar Ənvər Piriyev bildirirdi. Saray bələdiyyəsi dövlət idarəsindən çox bazarı xatırladır.Torpaq almaq istəyən vətəndaşlardan dövlət rüsumundan qat-qat çox pul istənilir.Vətəndaşlar şikayət edirlər ki, hərrac sənədlərində torpağın qiyməti məsələn, 1700 manatdırsa sənədləşmə aparılanda protokola nə səbəbdənsə 3000-4000 yazılır.Əks halda kimsə torpaq sənədi ala bilmir.Bir müddət əvvəl ölən Ənvər Piriyev o qədər adamdan rüşvət pul alaraq torpaq vəd verib ki,indi aləm bir-brinə qarışıb. Saray qəsəbəsinin bələdiyyəsindən şikayətçilərin sayının rekord sayda olmasını hal-hazırda bələdiyyədə sədrəvəzi olan Vəsilə xanım da etiraf edir. Vəziyyətin dözülməz həddə çatması istər-istəməz torpaq sahiblərini etiraz etməyə və daha yüksək dövlət orqanlarına şikayət etməyə vadar edir.
Məsələni gündəmdə saxlayacağıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər