Viləş çayında qazıntını kim aparır?
4-08-2014, 19:05
Oxunub: 4 262
Burada işləyən yük maşınları kimə vəya hansı şirkətə məxsusdur?
Masallıda Viləş çayında bir neçə gdür ki, 25-dən yuxarı "Traktor"lar çayda qazıntı işləri aparıb qum-çınqılı "Kamaz" markalı yük maşınlarına yükləyərək çayın daxilini dərinləşdirirlər.
Yerli əhalinin etirazlarına baxmayan işçilər işlərinə davam edərək bu işin onlara icra hakimiyyəti tərəfindən tapşırıldığını bildiriblər.Yerli sakinlərin icra başçısının müavini - Sosial-iqtisadi ikişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nuriyev Seymur Malik oğlu ilə əlaqə saxlamaqlarına baxmayaraq bu iş heç bir nəticə verməyib.
İcra başçısının müavini Seymur Nuriyev bildirib ki,"sizin həmin ərazinin qazılmaması üçün hər hansı bir sənədiniz var ki etiraz edirsiniz?"
Qazılan ərazinin sənədi ilə bağlı Seymur Nuriyevdən soruşduqda qeyd edib ki,"bura dövlətə məxsusdur."
Bu qum-çınqılın hara daşındığını soruşduqda isə, yük maşınlarının Ərkivan və Sığdaş kəndlərinə yol təmiri üçün apardıqlarını bildiriblər.
Bu yol üçün təmirə ayrılmış pul vəsaiti hara köçürülür, kimlər tərəfindən mənimsənilir? Və burada işləyən yük maşınları kimə vəya hansı şirkətə məxsusdur?
Qeyd edək ki,bu "Kamaz" tipli yük maşınlarının daşıdıqları çınqıl-daşlar təkcə Ərkivan-Sığdaş kəndlərinə yox, eyni zamanda Bakı-Astara magistral yolunda yeni çəkilən İpək yoluna da istifadə olunur.
cenubnews.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər