“Azərpoçt”un Kürdəmir filialının vəzifəli şəxsləri məhkəmə qarşısında
5-08-2014, 10:55
Oxunub: 3 637
12 min 105 manat məbləğində özgə əmlakını mənimsənilib
“Azərpoçt” MMC-nin Kürdəmir rayon filialının vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan xəbərə görə, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kürdəmir rayon filialının mərkəzi poçt şöbəsinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı filialın mərkəzi poçt şöbəsinin müdiri Elsevər Usubovun qulluq mövqeyindən istifadə edərək filialın əməkdaşı Zaur Cəbrayılov ilə əlbir olub vətəndaşlara ünvanlı dövlət sosial yardım ödənişlərini həyata keçirmək üçün sərəncamına verilmiş pul vəsaitlərinin sərf edilməsinə dair hesabata tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə yekun rəqəmlərin qəsdən şişirdilməsi hesabına yaranmış 12 min 105 manat məbləğində özgə əmlakını mənimsəyib talamaqla dövlətə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər