BolgeXeber.Com » Gündəm » Ağcabədinin mərkəzini hər il niyə söküb tikir?

Ağcabədinin mərkəzini hər il niyə söküb tikir?

5-08-2014, 15:05
Oxunub: 3 359 Alman qəsəbəsi adlanan ərazidə Şahin Məmmədovun beton zavodu da fəaliyyət göstərir

Ağcabədinin icra başçısı özünə məxsus olan və rayonun Alman qəsəbəsi adlanan ərazisində yerləşən «oqlay» sexində istehsal olunan üzlük daşlarını «xırd» etmək üçün Ağcabəninin mərkəzini hər söküb yenidən tikir

Son zamanlar icra başçılarının rayon mərkəzində eyni küçələri hər il abadlaşdırılması bir dəb halını alıb. Rayon mərkəzlərinin arxa küçələri bir qayda olaraq xarababazarı xatırlatdığı halda, icra başçıları zərurət və lüzum olmadan icra başçıları hər il eyni küçələrin abadlığına yüz min manatlarla vəsait xərcləyirlər. Xüsusi ilə qeyd olunmalıdır ki, bir çox rayonlarda hər il yerə döşənən «metlaxlar» və üzlük daşlar dəyişdirilməsi heç də məntiqə sığmır. Amma nə qədər qəribə də olsa, hər il eyni yerin abadlaşdırılması bəzi icra başçılarının «məntiqinə» tamamilə uyğundur.

Ağcabədidən daxil olan məlumata əsasən rayon İcra İcra başçısı Şahin Məmmədov ötən ilin sonlarında abalaşdırdığı rayon mərkəzindəki parkları yenidən sökür. Daxil olan məlumata əsasən Ağcabəninin parklarına və xiyabanlarına döşənmiş üzlüklər sökülür və onların yerinə yeni üzlüklər vurulur. Həmin üzlüklərin yenilənməsi üçünsə heç bir lüzum olmayıb. Çünki ötən il vurulan üzlüklərlə bu il vurulan üzlüklər arasında demək olar ki, heç bir fərq yoxdur.

Bu barədə PİA.AZ-ı məlumatlandıran mənbə bildirir ki, Şahin Məmmədovun tez-tez rayonun parklarına döşənilən üzlüklərin dəyişdirilməsində özünün maddi maraqları var. Çünki icra başçısı rayonun abalaşdırılmasında istifadə olunan üzlük daşları özünə məxsus olan sexdən alır. Bildirilir ki, Ağcabədi rayonunun keçmiş Alman qəsəbəsi adlanan ərazisində Şahin Məmmədovun «oqlay» sexi fəaliyyət göstərir. Həmin sexi icra başçısına məxsus olsa da, icra hakimiyyətinin birinci müavini Rövşən Əhmədovun qardaşı Əliş Əhmədovun adına sənədləşdirildiyi qeyd olunur. Ağcabədi şəhərinin abadlıq işlərində istifadə olunan bütün üzlük daşlarının məhz bu sexdən alınır. Qiymətlər isə bir qayda olaraq bir neçə dəfə şişirdilir. Yəni icra başçısı Şahin Məmmədov bir həm öz malını iki qat qiymətə satmağa nail olur, həm də asanlıqla dövlət büdcəsindən külli miqdarda vəsaiti silib öz cibinə qoyur. Elə buna görə də icra başçısı hər rayon mərkəzinin abalaşdırılmasında istifadə olunan üzlük daşlarını söküb, onları yenisi ilə əvəz edir.

Həmçinin bildirilir ki, Alman qəsəbəsi adlanan ərazidə Şahin Məmmədovun beton zavodu da fəaliyyət göstərir. Eyni qayda da Ağcabədidə həyata keçirilən bütün tikinti işlərində beton həmin zavoddan alınır və bu zaman yenidən qiymət ən azı iki dəfə şişirdilir.

Qeyd edək ki, Şahin Məmmədovun Qarqar çayının üzürindəki çınqıl-qum karxanası barədə daxil olan ilginc məlumatları araşdırmamız bitdikdən sonra oxuculuarımızın diqqətinə cəlb edəcəyik.

Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…