Arif Yunusov həbs edildi – Rəsmi
5-08-2014, 15:50
Oxunub: 3 553
Arif Yunusov barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs-qətimkan tədbiri seçilib
Bu haqda Bolgexeber.com -un elektron poçtuna Baş Prokurorluqdan daxil olan açıqlamada bildirilir.Prokurorluğun açıqlamasında deyilir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Arif Yunusov səhhəti ilə əlaqədar müalicə müəssisələrinə müraciət etməsi nəzərə alınaraq 30 iyul 2014-cü il tarixdə barəsində həbslə bağlı olmayan, polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib:
"Lakin bütün bunlara baxmayaraq A.Yunusov həmin tarixdən etibarən qətimkan tədbirinin şərtlərini müəyyən edən və ona elan olunmuş cinayət-prosessual qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verib. O, qətimkan tədbirinin icrasını həyata keçirən polis orqanı tərəfindən A.Yunusovun yaşadığı rayonun ərazisini müvafiq icazə olmadan dəfələrlə tərk edib, cinayət işi üzrə cinayət təqibinə məruz qalan və ya qala biləcək maraqlı şəxslərlə görüşüb. İnternet yazışmaları, kütləvi informasiya vasitələri və xəbər saytlarında dərc olunan müsahibələri ilə birtərəfli, yanlış məlumatlar verib, polisin müvafiq əməkdaşı dəfələrlə onun yaşadığı mənzilə gəldikdə evdə olmayıb. Eləcə də müəyyən edilmiş cədvəl üzrə polis orqanına gəlmə qrafikinə əməl etməyərək çağırışlara vaxtında gəlməyib.
Göstərilənlərin əsasında əvvəl seçilmiş qətimkan tədbiri dəyişdirilərək A.Yunusovun barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib".
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər