Zeynal Nağdəliyev Kürdəmirdə qəzaya düşdü
6-08-2014, 09:30
Oxunub: 3 135
Məmurun BMW markalı maşını VAZ 21015 markalı "Jiquli" ilə toqquşub
Prezident Administrasiyasının yüksək rütbəli məmurlarından olan Zeynal Nağdəliyev Kürdəmir ərazisində yol qəzası keçirib.
Bu barədə musavat.com-a hadisə şahidlərindən biri məlumat verib. Onun dediyinə görə, Nağdəliyev Kürdəmir xəstəxanasına aparılıb. Dövlət məmurunun BMW markalı maşını VAZ 21015 markalı "Jiquli" ilə toqquşub. Z. Nağdəliyevin və onunla toqquşan maşındakıların durumu haqda əlavə məlumat ala bilmədik.
Qeyd edək ki, ölkənin rəhbər heyəti bu gün günortadan başlayaraq cəbhə xəttinə yollanmaqdadır. Z. Nağdəliyev də bu məqsədlə Ağdama gedirmiş.
Zeynal Nağdəliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir.
İstiqamet.com-un əldə etdiyi məlumatlara görə, Z. Nağdəliyevin ourduğu maşınla toqquşan Vaz 21015-in sürücüsü, Kürdəmir rayonunun Qarabucaq kənd sakininin durumu isə ağırdır. O, hazırda Kürdəmir xəstəxanasında reanimasiya şöbəsindədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər