Ermənilər üzərində 2 qələbə: ümumilikdə 3 qızıl medal
6-08-2014, 10:40
Oxunub: 3 395
Azərbaycanın gənc güləşçiləri Dünya Çempionatının ilk günündə ermənilər üzərində parlaq qələbə qazanıblar
Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb.
Çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. İlk yarış günündə 3 güləşçimiz qızıl medal qazanıb.
50 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayev ilk görüşdə erməni rəqibini tam üstünlüklə məğlub edib. Ardınca Koreya və Qazaxstan təmsilçilərinə qalib gələn İbrahim finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini məğlub edərək qızıl medala sahib olub.
60 kq-da Elman Muxtarov da finala qədərə inamla güləşib. Qırğızıstan, Belarus, Finlandiya və Fransa güləşçiləri üzərində qələbə qazanan təmsilçimiz finala yüksəlib. Finalda onun rəqibi erməni güləşçisi olub. Gərgin keçən qarşılaşmada düzgün taktika seçən güləşçimiz qalib gəlib və qızıl medala sahib olub.
96 kq çəki dərəcəsində Orxan Nuriyev mübarizəyə Çin təmsilçisi üzərində qələbə ilə başlayıb. Ardınca Polşa, Bolqarıstan və Norveç güləşçilərini də məğlub edən təmsilçimiz finala yüksəlib. Orxan Nuriyev finalda Koreya idmançısı ilə görüşdən də qalib ayrılıb və qızıl medala sahib olub.
50 kq
1/8 final - İbrahim Nurullayev - Slavik Qalstyan (ARM) 8:0
1/4 final - İbrahim Nurullayev - Kim Juhyeon (KOR) 7:0
1/2 final - İbrahim Nurullayev - Kanaqat Akilbek (KAZ) 11:2
FİNAL - Oleksey Jabskiy (UKR) - İbrahim Nurullayev 2:9
60 kq
1/16 final - Elman Muxtarov - Kali Sulaymanov (KGZ) 10:2
1/8 final - Elman Muxtarov - Yahor Beliak (BLR) 7:1
1/4 final - Lauri Mahonen (FİN) - Elman Muxtarov 0:9
1/2 final - Yacin Ozay (FRA) - Elman Muxtarov 2:8
FİNAL - Elman Muxtarov - Karen Aslayan (ARM) 4:1
74 kq
1/16 final - Sənan Əlimirzəyev - Gela Bolkvadze (GEO) 1:2
96 kq
1/16 final - Abudurexiti Alimujiang (CHN) - Orxan Nuriyev 0:4
1/8 final - Orxan Nuriyev - Aleksander Kroczak (POL) 9:1
1/4 final - Orxan Nuriyev - Yevgeni Gançev (BUL) 4:0
1/2 final - Feliks Baldauf (NOR) - Orxan Nuriyev 4:8
FİNAL - Kim Seungjun (KOR) - Orxan Nuriyev 0:2
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər