BolgeXeber.Com » Gündəm » Cavid Qurbanovun başı üzərində qara buludlar dolaşır

Cavid Qurbanovun başı üzərində qara buludlar dolaşır

6-08-2014, 18:35
Oxunub: 3 935 ASC prezidentinin həbsi də ehtimal olunur

«Azəryolservis» ASC-nini prezidenti Cavid Qurbanova qarşı cinayət işi açıla bilər.Xatırladaq ki, keçən günlərdə onun külli miqdarda yeyintidə ittiham olunduğu, amma bu məsələnin məxfi saxlanılması barədə məlumatı diqqətinizə təqdim etmişdik.Bu barədə Dia.az-ın əldə etdiyi son bilgilərdən aydın olur ki, paytaxtda həyata keçirilən yol çəkilişi, yeni infrastruktur dəyişikləri zamanı - təxminən son 4 ildə Cavid Qurbanovun rəhbərliyi altında külli miqdarda dövlət vəsaiti «qeybə çəkilib».
Məlumatlı mənbənin söylədikləri: «Bu fakt üzrə həbslərin həyata keçirilməsi qaçılmazdır. Yəni cinayət işi mütləq açılmalıdır. Hətta bu məsələdə bir neçə Türkiyə vətəndaşı olan sahibkarın da adı keçir».


Bildirək ki, Azərbaycanın hüquq-mühafizə orqanları bir neçə xarici ölkə vətəndaşını, o cümlədən türkiyəli sahibkarları beynəlxalq axtarışa verib. Məlumatlara görə, onların arasında adları ictimailəşdirilməyənlər də var ki, həmin şəxslər də Cavid Qurbanovun keçmiş ortaqlarıdır.

Bütün bu axtarış tədbirlərinin məhz Cavid Qurbanovla bağlı olduğunu iddia edən mənbə ASC prezidentinə qarşı seçkilərə qədər də olmasa, seçkilərdən sonra mütləq tədbirlərin görüləcəyini istisna etmədi: «Hər halda, Cavid Qurbanov prosesdən hansısa formada çıxma imkanlarına malikdir. Amma onun adamlarının həbsi qaçılmazdır. Çünki bu kimi faktlar bağışlanılmır».

Cavid Qurbanovun başı üzərində qara buludlar dolaşır

Bildirək ki, Cavid Qurbanovun ortaqlarından növbətisi - Türkiyə vətəndaşı, 46 yaşlı Turgay Ərdoğan Cinayət Məcəlləsinin 213.2.2-ci (vergidən yayınma - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.


Rəsmi məlumatlarda deyilir ki, Turgay Ərdoğan Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Və o, vergidən yayınma ittihamı ilə təqib olunur. Halbuki həbs olunacağı təqdirdə ittihamların sırası genişlənə bilər.

Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə məşğul olan daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. Onların hamısı vergidən yayınmada ittiham olunur. Bu da maraqlı məqamdır. Hər halda hansısa məmurun himayəsi altında olmadan Azərbaycan dövlətini narahat edəcək həddə vergidən yayınma hər yoldan ötənə nəsib olmur.