BolgeXeber.Com » Gündəm » Jurnalist cəbhə xəttinə gedən həmkarlarını ittiham etdi: “Şıltaqlıq eləməyin!”

Jurnalist cəbhə xəttinə gedən həmkarlarını ittiham etdi: “Şıltaqlıq eləməyin!”

7-08-2014, 09:15
Oxunub: 2 711 “Onlar ora sanki şəkil çəkdirmək üçün gediblər”

“Cəbhə xəttinə gedən jurnalistlər özlərini gözə elə soxurlar ki, elə bil Qarabağda gedən döyüşlərin fəal iştirakçılarıdırlar. Sosial şəbəkələrdə özlərini reklam etməklə məşğuldurlar. Həmin jurnalistlər özlərini qəhrəman hesab edirlər. Başlarını kolun dibinə soxub gizlənirlər, güllə səsi eşidən kimi təlaşa düşürlər”. Bunu Modern.az saytına jurnalist, keçmiş hərbçi Samir Feyruzov deyib.

“Yəqin onların cəbhədən çəkib göndərdiyi videonu gördünüz. Adam baxanda utanır. Kolun dalında gizləniblər. Sosial şəbəkələrin də xəstə sakinləri onlara tərif yağdırmaqla məşğuldurlar. Mən açıq şəkildə deyirəm. Bu tip jurnalislər Gəncədə, Şəkidə, Bakıda yox, öncə gedib cəbhə xəttində hərbi xidmətlərini çəkməli idilər. Təəssüf ki, bunu edə bilməyiblər, artıq gecdir. İndi də özlərindən qəhraman obrazı yaratmasınlar”.

S.Feyruzovun sözlərinə görə, cəbhə xəttinə getməklərilə Facebook-da qürrələnən həmkarlarının özlərini göz soxmalarından hiddətlənib:

“Bu şəxsən mənə toxunur. Çünki onların qucağında can verən əsgər yoldaşı ölməyib, hərbidə bir quru çörəyi iki günə yeməyiblər, soyuqdan öz əlçəklərini yandırıb əllərini qızdırmayıblar, qulaqlarının dibindən güllə keçməyib, erməniyə güllə atmayıblar, cəbhədə əsgər olsalar belə, xüsusi xidmətləri olmayıb. Onlar ölmüş əsgər yoldaşlarının meyitini daşısaydılar, 30 metr məsafədə erməni ilə atışsaydılar, gecələr ilanlar məni yeməsin deyə, günlərlə yuxusuz qalsaydılar, indi belə yersiz “qəhrəmanlıqlar” etrməzdilər. Mən onların bir neçəsinə zəng vurub sözümü demişəm ki, şıltaqlıq eləməyin.
Cəbhədə yuxarıda saydıqlarım mənim başıma gələndə siz burda yenə də sosial şəbəkələrdə şəkillərinizi paylaşdırıb “like” etdirirdiniz. Mən erməni zabitin anasını ağladanda, onların postlarını dağıdanda bu jurnlistlər Facebook-da status yazmaqla məşğul idilər. Mən xidmətlərimi gözə soxmuram, dilimi də dinc saxlamışam. Siz də çalışın, bu cür mənasız hərəkətlərinizlə mənim və mənimkimilərin haqqını yeməyin. Mən döyüşmək üçün darıxıram, onlar şəkil çəkdirmək üçün”.
Bolgexeber.com