BolgeXeber.Com » Gündəm » Kürdəmirdəki avtoqəza ilə əlaqədar açıqlama

Kürdəmirdəki avtoqəza ilə əlaqədar açıqlama

7-08-2014, 13:40
Oxunub: 3 605 Xəstənin həyatını xilas etmək üçün xəstəxananın ən təcrübəli həkim-mütəxəsisləri cəlb olunmuş və ən müasir avadanlıqlarla müayyinə edilmişdir

Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Baş həkiminin müavini Tarik İslamov avqustun 5-də axşam saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində baş vermiş avtoqəza ilə əlaqədar açıqlama vermişdir.
Tatix İslamov bildirmişdir ki, avqustun 5-də Kürdəmir rayonunun Qarabucaq kənd sakini, 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun idarə etdiyi “VAZ 21015" markalı minik maşını qarşı tərəfdən gələn Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsus ”Toyota Land Gruiser" markalı xidməti maşınla toqquşmuşdur. Hadisə nəticəsində ”Toyota Land Gruiser" markalı xidməti maşında olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zeynal Nağdəliyev və “VAZ 21015" markalı avtomobilin sürücüsü, 21 yaşlı Nazim Cəbiyev müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişlər.
Müxtəlif xəsarətlər almış Bakı şəhər sakini, Zeynal Nağdəliyev Bakı şəhərinə göndərilmişdir. Lakin, Kürdəmir rayonunun Qarabucaq kənd sakini, 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlu xəstəxanaya daxil olarkən vəziyyəti həddən artıq ağır olduğundan:xəstənin ağır dərəcəli şokda olması, kəskin qanitirmə və daxili qanaxma olduğundan nəqliyyat vasitəsi ilə daşınması mümkün olmamışdır. Xəstə təcilli qayda da Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Cərahiyyə şöbəsində əməliyyata götürülmüşdür. Əməliyyata Bakı şəhərindən xüsusi həkim mütəxəsislər çagırılmış, lakin xəstənin həyatını xilas etmək mümkün olmamışdır.
Tarix İslamov qeyd etmişdir ki, xəstənin həyatını xilas etmək üçün Xəstəxananın ən təcrübəli həkim-mütəxəsisləri cəlb olunmuş və ən müasir avadanlıqlarla müayyinə edilmişdir.O bildirmişdir ki, Kürdəmir Mərkəzi Rayon Xəstəxanası bu yaxın vaxtlarda əsaslı təmir olunmuş və tam müasir avadanlıqlarla təhciz olunmuşdur. Xəstəxanamızda təcrübəli və savadlı həkim kollektivi fəaliyyət göstərir.
Bu hadisə ilə əlaqədar sosial şəbəkələrdə yazılmış “ağır yaralı vətəndaşı rayonda, şəraitsiz xəstəxanada öldürdülər” cümləsi Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim kollektivini mənəvi cəhətdən üzmüş və kollektiv olaraq bu yazılara tam etiraz edirik.