BolgeXeber.Com » Gündəm » Ismayıllının icra başçısı nazir və prokurorluğun hədəfində

Ismayıllının icra başçısı nazir və prokurorluğun hədəfində

8-08-2014, 09:20
Oxunub: 3 793 Mirdamət Sadıqovun 799 minlik korrupsiyası

Mirdamət Sadıqov və 32 kənd üzrə nümayəndəsinin büdcənin 799 min 397 manatının mənimsənilməsi haqda ciddi şübhələr yaranıb

Daha bir icra başçısı və onun ərazi-inzibati dairələr üzrə rəsmi 32 nümayəndəsinin əksəriyyəti Kənd Təsərrüfatı Nazirliyi ilə Baş Prokurorluğun hədəfinə gəlib.

Bu barədə Mia.az-a verilən məlumata görə, İsmayıllının icra başçısı Mirdamət Sadıqov bu vəzifəyə qədər rektoru olduğu Dövlət Aqrar Universitetində qazandığı "aqrar təcrübə”ni bu dəfə rəhbəri olduğu rayonda tətbiq etməyə başlayıb:

"Artıq Mirdamət Sadıqov və onun kəndlər üzrə rəsmi icra nümayəndələri haqda araşdırmaya başlanıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi İsmayıllının 32 kənd üzrə buğda əkini üçün ayrılmış 799 min 397 manat 20 qəpik vəsaitin ən azı 35-40 faizini saxta sənədlər tərtib edilməklə mənimsənilməsi haqda ciddi şübhələrini təftiş etməyə qərar veriblər. Hətta nazirlik bu şübhələrində əminliyi təmin etmək üçün İsmayıllının 5-6 kəndində monitorinqlər də aparıb. Və bu zaman korrupsiya faktını təsdiq edən dəlillər ortaya çıxıb».

Məlumata görə, 32 kənd üzrə 5723 hektar buğda əkildiyi haqda sənədlər tərtib edən Mirdamət Sadıqovun yerli icra nümayəndələrindən ibarət komissiya ümumilikdə 19 min 984 hektar 93 sot buğda səpini aparıldığını rəsmi sənədlərdə qeyd ediblər: «Buna uyğun olaraq isə rayon üzrə 799 min 397 manat 20 qəpik pul ayrılıb. Lakin bu qədər hektara və ayrılan dəstək puluna rəğmən, məhsuldarlığın gözlənildiyindən kəskin aşağı olması nazirliyi hərəkətə gətirib. Elə bu fakt da Mirdamət Sadıqov, onun aqrar məsələlər üzrə müavini Həsən Həsənov və yerli icra nümayəndələrini qorxuya salıblar. Onlar buğda istehsalını statistik sənədlərdə şişirtməklə təqdim etməyə can atıblar ki, bu da daha bir dövləti qanunsuzluq sayıla bilər».

Məlumatlı şəxsin verdiyi sənədlərdən də aydın görünür ki, nazirlik əsasən rayonun Qubaxəlilli, Ruşan, Qalagah, Qoşakənd, Tircan, Hacıhətəmli, Kəlbənd, həmçinin İsmayıllı şəhər İnzibati nümayəndəliyinin hesabında yer alan rəqəmlərin ciddi şəkildə saxtalaşdırılmasını düşünülər.
Bolgexeber.com