Şəmkirin əli qanlı idarə rəisi niyə həbs olunmadı?
8-08-2014, 11:05
Oxunub: 4 184
Bələdiyyə sədrinin ailəsinə təzyiqlər göstərilir ki, şikayətçi olmasınlar
Maliyyə İdarəsinin rəisi Nazim Məlikov rayonda böyük imkana və nüfuza malik olan adamdır
Azərbaycanda bələdiyyə sədrini bıçaqlamaqda təqsirləndirilən Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikov müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Şəmkir rayonunda məişət zəminində baş vermiş hadisənin obyektiv araşdırılması üçün nazir Samir Şərifov avqustun 7-də müvafiq əmr verib. Həmin əmrə əsasən Maliyyə Nazirliyinin Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikov müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılıb.
Aidiyyəti orqanların həyata keçirəcəyi araşdırmaların nəticəsindən asılı olaraq N. Məlikovun əmək fəaliyyəti ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, hadisə avqustun 4-də Şəmkir rayonunda qeydə alınıb. Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikov şəxsi münasibətlər zəminində rayonun Düyərli kənd bələdiyyə sədrinin müavini, 1953-cü il təvəllüdlü Zakir Tağıyevə bıçaqla xəsarət yetirib. Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Zakir Tağıyevə tibbi yardım göstərilib.
Hazırda onun vəziyyəti normaldır. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Amma, maraqlıdır ki, bu gün bir toyuq oğurlayan və yaxud ehtiyyatsızlıqdan yol qəza hadisəsi törətmiş şəxslər 7-10 il cəza alır. Hansı səbəbdən, bələdiyyə rəisini bıcaqlayan Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikov həbs olunmayıb?
Bizimxeber.az-a daxil olan məlumata görə, Maliyyə İdarəsinin rəisi Nazim Məlikov rayonda böyük imkana və nüfuza malik olan adamdır. Üstəlik, rayon prokuroru və polis rəisi ilə olduqca yaxındır. Odur ki, onun barəsində həbs qətiimkan tədbiri seçilməyib və bundan sonra da bunun baş verməsi mümkünsüzdür.
Məlumatda həmçinin qeyd olunur ki, rayondakı müəyyən dairələr bələdiyyə sədrinin ailəsinə təzyiqlər göstərərək qarşı tərəfin şikayətçi olmamasına çalışır.
Daha dəqiq təfərrüatlar barədə geniş məlumat verəcəyik…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər