Son sutkada Donbasda 15 Ukrayna hərbçisi həlak olub
8-08-2014, 17:30
Oxunub: 3 324
Ötən sutka ərazində Ukraynanın şərqində - Donbass bölgəsində gedən qanlı döyüşlərdə 15 Ukrayna hərbçisi həlak olub, 79-u yaralanıb
Bu rəqəmi Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin spikeri Andrey Lısenko açıqlayıb. O bildirib ki, həlak olanlardan 8-i Sərhəd Xidmətinin, 7-si ordunun əsgərləridir.
A. Lısenko ölən və yaralananların sayının çox olmasını uzun müddətdir sərhəddə separatçıların və Rusiya ordusunun mühasirəsində qalan Ukrayna hərbi hissələrinin mühasirəni yarma əməliyyatı ilə əlaqələndirib. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin 72-ci, 79-cu briqadaları və digər hərbi qruplaşmalar 3 günlük ağır döyüşlərdən sonra avqustun 7-də mühasirəni yararaq Donetsk vilayətinin Saur-Mogila yüksəkliyi və Amvrosiyevka yaşayış məntəqəsi ətrafında əsas qüvvələrlə birləşiblər. “Bu əməliyyatın gedişində qüvvələrimiz Rusiya tərəfindən dəfələrlə atəşə tutulub, eləcə də onlar terrorçuların mövqelərini yararaq irəliləyiblər. Desant qüvvələrimiz Uspenka yaşayış məntəqəsi yaxınlığında düşmənlə döyüşə girib. Terrorçuların xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib”, - deyə A. Lısenko söyləyib.
Qeyd edək ki, qeyri-rəsmi mənbələr mühasirədən çıxan Ukrayna hərbi birləşmələrinin itkilərinin daha çox olduğunu bildirirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər