AZAL-dan Nyu York biletləri şoku
9-08-2014, 09:55
Oxunub: 4 609
Nyu Yorka birbaşa uçuş təşkil edən bir çox aviaşirkətlərdə isə qiymətlər bu rəqəmlərdən aşağıdır
AZAL-ın Bakı-Nyu York aviareyslərinin uçuş vaxtı və qiymətləri məlum olub. Sentyabrın 24-dən Bakıdan Nyu Yorka birbaşa reys olacaq. Ancaq qiymətlər eyni istiqamətdə uçan digər aviaşirkətlərlə müqayisədə bahadır. Belə ki, Bakı-Nyu York-Bakı reysi üzrə ekonom-klass paketi gediş-gəliş biletinin qiyməti 997 manatdır. Birtərəfli uçuş isə 630 manata başa gəlir. Eyni istiqamətə biznes-klasda ikitərəfli uçuş biletinin qiyməti isə 3353 manatdır. Nyu Yorka birbaşa uçuş təşkil edən bir çox aviaşirkətlərdə isə qiymətlər bu rəqəmlərdən aşağıdır. Dünyanın avia nəhənglərindən sayılan Böyük Britaniyanın “Britiş Airvays” ("British Airways") şirkətində London üzərindən eyni istiqamətdə ekonom-klass paketi üzrə biletlər 822 manatdır. Digər avia-nəhəng, Almaniyanın "Lufthans" şirkəti Frankfurt üzərindən eyni istiqamətə 969 manata, Avstriyanın "Austrian Airlaynes" şirkəti isə Vyana üzərindən 961 manata biletlər təklif edir. Xatırladaq ki, AZAL qiymətləri yüksək səviyyəli xidmətə görə təyin etdiklərini açıqlayıb./axar/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər