BolgeXeber.Com » Gündəm » Laçınlı döyşçülərdən prezidentə dəstək-FOTO

Laçınlı döyşçülərdən prezidentə dəstək-FOTO

9-08-2014, 18:50
Oxunub: 3 274 İnsana kənardan sən vətənpərvərsən, qəhramansan deməklə olmaz. O bunu ailəsində, qəlbində, işində və hər bir addımında hiss etməlidir. Elə buna görə də Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Laçın rayon şöbəsi cəbhədəki son durumdan ciddi narahat olduğunu bildirib və müraciətlə çıxış edib. Belə ki, ötən gün Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin iclası keçirilib. İclasda Birliyin İdarə heyyəti və üzvlər eştirak ediblər. İclası açan birliyin sədri Babək Aslanov görüşün məqsəd və məramı haqqında məlumat verərək bildirib: “Bu gün qüdrətli Azərbaycan dövləti var. Bu dövlətin güclü iqtisadiyyatı, sarsılmaz ordusu günü gündən inkişaf edərək möhkəmlənir. Cənab Prezidentin rəhbərliyi altında ölkəmiz nəinki Qafqazın, eləcə də dünyanın ən güclü dövlətlərindən birinə çevirilib”. Birliyin sədri Babək Aslanov cəbhədəki son durumdan ciddi narahat olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Tədbirin sonunda birliyin 2770 nəfər üzvü adından Prezidentə müraciət ünvanalınb. Müraciətdə bildirlir ki, son günlər Ermənsitan-Azərbaycan cəbhə xəttində baş verən insidentlər biz Qarabağ veternaları və əlillərini ciddi narahat edir. Cəbhə bölgəsində baş verən son hadislər və ordumuzun rəşadətli döyüş numayiş etdirməsi bizdə inam yaradır ki, sizin komandanlığınız altında qısa bir zamanda torpaqlarımızın işğaldan azad edilməsinə nail olaq. Sizin Azərbaycanın işğal altında olan rayonlarının azad edilməsi istiqamətindəki gərgin, eyni zamanda səmərəli fəaliyyətiniz öz bəhrəsini verməkdədir və biz Qarabağ müharibəsi və şəhid ailələri ictimai birliyinin Laçın rayon şöbəsinin üzvləri yəni keçmiş döyüşçülər bunu dəstəkləyirik. Cənab Prezident, sizi əmin edirik ki, istənilən anda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Laçın rayon şöbəsinin üzvləri keçmiş döyüşçülər səfərbər olaraq əmr və göstərişlərinizi yerinə yetirməyə hazırıq.
Hörmətli Cənab Prezident! Sizin səfərbərik göstərişinizi gözləıyirk. Biz Qarabağ müharibəsi döyüşçüləri hər zaman sizin rəhbətliyiniz altında yenidən döyüşməyə hazırıq. Dövlət başçısı olaraq nə vaxt səfərbərliyə göstəriş versəniz bir təcrübəli döyüşçü kimi ordumuzun ön sıralarında olacağıq. Hörmətlə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Laçın rayon şöbəsinin 2700 nəfər üzvü:
İdarə heyətinin üzvləri
Babək Aslanov
Xəlil Abbasov
Rafayıl Mirzəyev
Nəriman Salmanov
Rauf Fərzəliyev
Babək Mamedov
Xəyyam Nəsirov
Faiq Həsənov
Mehman Əliyev
Cəmiyyətin üzvləri
Əvəz Aslanov
Namiq Babayev
Seymur Şükürov
İsgəndər Qasımov
Rafiq Abduləzimov
Rövşən Rüstəmov
Namiq Səmədov
Qərib Məmmədov
Qaçay İmanov
Sevindik Quliyev
Murad Kərimov
Murad Eyvazov
Çingiz Abbasov
Zahid Məmmədov
Əlvan Eyvazov
Rauf Rəsulov
Mübariz Alıyev
Rəsul Cəfərov