Ağdamın icra başçısı rayonun xərclərini məmurların boynuna qoyub
10-08-2014, 13:40
Oxunub: 3 627
Ağdamın yeni icra başçısı rayonda və Quzanlı qəsəbəsində aparılan abadlıq və yenidənqurma işlərinin xərclərini yerli idarə və təşkilat rəhbərlərinə həvalə edib
Bu yolla yeni icra başçısı sabiq başçı Nixami Sadıqovun zamanında mənimsənilən dövlət vəsaitlərini geri tələb edir. Bu hal təqdirə layiq hesab olunsa da, dövlətin Ağdam oayonunun yenidən qurulmasına və abalışadırılmasına ayırdığı vəsaitləri taleyi maraq doğurur.
Bu barədə Ağdamdan daxil olan məlumatda bildirir ki, rayonun yeni icra başçısı sabiq başçı Nizami Sadıqovun zamanında dövlət vəsaitlərini mənimsəyən və bu yolla böyük sərvət toplayan yerli idarə və təşkilat rəhbərlərinə təzimant ödətdirir. Belə ki, Raqub Məmmədov ayrı-ayrı idarə müdirlərini işdən azad etməsə də, onların üzərinə ağır təzminatlar yükləyib.
Məlumatda göstərilir ki, prezidentin Ağdama səfərindən öncə Raqub Məmmədov aparılacaq abadılq və yenidənqurma işlərini yerli məmurların arasında bölüşdürüb. Belə ki, məlumata əsasən icra başçısı Rayon Suvarma Sistemləri idarəsinin müdiri Hafis Əzimzadəyə Quzanlı qəsəbəsindəki avtovağzalın bütün ərazisinin təmirini və abalaşdırılmasını həvalə edib. Bildirilir ki, avtovağzalın yüksək səviyyədə təmir olunması üçün layihəyə əsasən 150 min manat vəsait tələb olunur və bu vəsaitin ən yaxın zamanda verilməsi Hafis Əzimzadədən tələb olunub. Həmçinin bildirilir ki, icra başçısı demək olar ki, avtovağzalda görülən işlərlə şəxsən maraqlanır.
Bundan başqa daxil olan məlumatda göstərilir ki, «Seyrangah»da tikilən çay evinin xərcləri rayon icra başçısının müavini Zülfü Qasımovun qardaşı, Ağdamda tikinti, abadlıq işlərini həyata keçirən “Şəms-95” Şirkətinin rəhbəri Qasım Qasımova həvalə edilib. Mənbə bildirir ki, Raqub Məmmədov Qasım Qasımovun keçmiş icra başçısı Nizami Sadıqov dövründə həyata keçirdiyi abadlıq işlərindəki korrupsiya maxinasiyalarına göz yumduğu üçün iş adamının boynuna çay evinin xərclərini təzminat qoyub.
Həmçinin məlumatda qeyd olunur ki, Raqub Məmmədov Mədəniyyət və Turizm şöbəsinin müdiri Şahin Qasımova Xındırıstan kənd yollarının və səkilərin abalaşdırılmasını tapşırıb. Bildirilir ki, təqaüd yaşına 2 ay qalan Şahin Qasımova icra başçısı açıq deyib ki, onunla hər hansı bir müqavilə bağlanmayacaq və tapşırılan işləri həyata keçirtdikdən sonra təqaüdə çıxmalıdır.
Qeyd edək ki, məlumatda Ağdam rayonun abadlaşdırılması ilə bağlı ayrılan vəsaitlərin taleyi ilə bağlı maraqlı nüanslar da yer alır. Həmin məlumatları dəqiqləşdirdikdən sonra oxucularımızın diqqətinə təqdim edəcəyik.
Yazıda adı keçən şəxslərin mövqelərini dərc etməyə hazırıq…
pia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər