Sumqayıtda "Yaşıl dərə"ni su basıb
11-08-2014, 08:05
Oxunub: 5 090
Evlər qəzalı vəziyyətdədir
Sumqayıt şəhərinin “Yaşıl dərə” massivindəki onlarla ev qəzalı vəziyyətə düşüb. Bu barədə moderator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, buna səbəb ərazidə çirkab suların axıdılması üçün kanalizasiya xəttinin olmamasıdır:
“Minlərlə sakinin məskunlaşdığı “Yaşıl dərə” massivindəki çoxlu sayda evin qəzalı vəziyyətə düşməsi ərazidə kanalizasiya xəttinin olmaması və bu səbəbdən də küçəyə axıdılan suların evlərin özülünü zədələməsidir. Məhz bu səbəbdən də artıq onlarla ev qəzalı vəziyyətə düşüb ki, kanalizasiya xətti çəkmədən problemi aradan qaldırmaq mümkünsüzdür".
Mənbənin sözlərinə görə, ərazidəki digər evlərin də yaxın gələcəkdə qəzalı vəziyyətə düşəcəyi istisna deyil. Sakinlərin əlaqədar qurumlara ünvanladığı müraciətlərin cavabsız qalması isə onları daha ciddi addımlar atmağa, etiraz aksiyaları təşkil etməyə vadar edir ki, bu da ölkədə gərgin olan sosial vəziyyətin daha da gərginləşməsi deməkdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər