“Ya 20 manat ver, ya da qan!”
11-08-2014, 14:05
Oxunub: 4 488
İddiaya görə, bu aksiyada qan hansısa xeyriyyə məqsədi ilə deyil, satılmaq üçün yığılır
Masallıda tibb işçilərinin könüllü qanvermə aksiyası keçirilir.
Bolgexeber.com aznews.az-a istinadən xəbər verir ki, Masallı Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov aksiyanın gedişatında yeni “qayda” tətbiq edib.
Belə ki, səhhəti imkan verməyən və digər hər hansı səbəbdən qan vermək istəməyən tibb işçiləri qan əvəzinə baş həkimə pul ödəyir.
C.Nəzərovun “qaydasına” görə “cərimənin” məbləği 20 manatdır.
Xəstəxanadan verilən məlumata görə, qan və ya 20 manat ödəməyən tibb işçisi işdən çıxarılma ilə hədələnir.
Şikayətçilər deyir ki, hər il keçirilən qanvermə aksiyası baş həkimin əlavə qazanc yeridir. İddiaya görə, bu aksiyada qan hansısa xeyriyyə məqsədi ilə deyil, satılmaq üçün yığılır.
Məsələni diqqətdə saxlayacağıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər