BolgeXeber.Com » Gündəm » Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsində özbaşınalıq

Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsində özbaşınalıq

12-08-2014, 08:10
Oxunub: 5 350 Mafisət Cəfərovun rəhbərlik etdiyi Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi ailə şirkətinə çevrilib

Bolgexeber.com-a daxil olan məlumata görə Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin rəisi Mafisət Cəfərovun rəhbəri olduğu idarədə qohumları, tanışları çalışır. Onların arasında bir çox insan işə gəlmir. Amma məvacib kartları sahə rəislərindədir. Belə şəxslər də “ölü can” adlanır. Mafisət Cəfərovun gəlir götürdüyü sahələrdən biri su daşınmasına sərf olunan yanacaqdandır. O, idarəyə ayrılan yanacaq və ehtiyat hissələrinin alınması üçün nəzərdə tutulmuş işlərdən hər ay 25-30 min manat gəlir əldə edir. Ehtiyat hissələrini Hacıqabulda yerləşən şəxsi mağazasından aldırır. Elə bu səbəbdən bir çoxları Hacıqabulda Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsini Mafisət Cəfərovun müəssisəsi adlandırlar. Çünki, idarənin bütün gəlirləri Mafisət Cəfərovun şəxsi biznes sahələrinə yönəldilir. Şirvan və Bakı şəhərində 10-a yaxın obyekti, Bakı şəhərində isə 3 evi olan Mafisət Cəfərovdan hələ də soruşan yoxdur ki, əldə etdiyi əmlak və kapitalı haradan alır. İdarə üçün nəzərdə tutulan yanacağın müxtəlif yollarla silinərək mənimsənilməsi, il ərzində boru kəmərlərində əsaslı və cari təmir üçün ayrılan büdcə vəsaitlərinin “şişirdilmiş” qiymətlərlə silinməsi, əmək haqqı fondundan ən azı 20 % vəsait əldə etməsi, idarəyə məxsus maşın və mexanizmləri şəxsi ferma və təsərrüfatlarında istismar etməsi, sahibkarlara verdiyi suyun müqabilində onlardan pul, pul da yoxdursa mal-qara alması Mafisət Cəfərova kapital toplamağa imkan yaratmışdır. Bu kimi qeyd etmədiyimiz amillər idarə rəisi üçün əsas meyardır. Kürd əsilli olmayan, amma hər yerdə özünü kürd kimi qələmə verməsi isə ona taladığı dövlət əmlakına görə söz deyilməməsində sipər rolunu oynamağa imkanlar yaradır – fikirləri də var.
Mənbə bildirir ki, Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsində çalışan insanların azı 40 %-i Mafisət müəllimdən narazıdır. Səbəb kimi onun işçilərə fərq qoyub xoşu gəlməyən şəxslərlə həddindən artıq sərt davranıb onları hədələməsidir. Hədələnməli isə rəisin özü olmalıdır. Çünki, idarə bir neçə rayona xidmət edib, 120 min hektar ərazini su ilə təmin etməlidir. Bunu isə yeraltı borular vasitəsilə həyata keçirməlidir. Yerin altında olan metal borular kəsilib satıldığından idarə qarşıda duran məsələləri tam həcmdə yerinə yetirə bilmir. Bu səbəblərin özü Mafisət müəllimdən soruşmağa əsas yaradır.
Dövlət vəsaiti hansı məqsədlər üçün ayrılır və hara xərclənir? Sahibkarlara, heç olmasa, 50 % xidmət göstərə bilirsinizmi?
Nəzərinizə onu da çatdıraq ki, hazırda Hacıqabul rayon İcra Hakimiyətinin başçısı olmaq istəyən şəxslərdən biri də Mafisət Cəfərovdur. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Bolgexeber.com