“Şikayət etdiyimə görə adımı “dəli” qoyublar”
12-08-2014, 09:55
Oxunub: 3 778
20 yanvar əlili ölkə rəhbərliyindən kömək gözləyir
Hacıqabul rayon sakini, ikinci qrup 20 yanvar əlili Dəmirov Yalçın Səməd oğlu evinin qəzalı vəziyyətdə olduğunu bildirir. O, "Bizim Yol" qəzetinə müraciətində yazır ki, 4 nəfər üzvü olan ailəsinin həyatı təhlükədədir.
Y.Dəmirov Hacıqabulun Qızılburun kəndində uçuq daxmada yaşayır: "23 ildir əliləm, bu müddətdə dövlətin heç bir qayğısını və güzəştini görmədim. Ailəliyəm, iki övladım var, yaşanılası mümkün olmayan daxmada yaşayıram. Xahiş edirəm, ailəmi ölümdən xilas etsinlər. Bu günlərdə evimizə ilan girmişdi. Hamımız qorxu içindəyik".

Y.Dəmirov bildirir ki, ailəsinin həyatını təhlükədən qorumaq üçün yerli icra hakimiyyətinə, Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib: "Mən əlil olaraq güzəşt və imtiyazlardan kənarda qalmışam, hüquqlarım tanınmır. Mərkəzi icra hakimiyyəti qurumlarına müraciət etdiyimə görə yerli icra hakimiyyəti mənə təzyiq göstərir. Hacıqabulun icra başçısı məni həbs etməklə hədələyir. Qəzetiniz vasitəsi ilə dövlət başçısına müraciət edərək xahiş edirəm, uğrunda əlil olduğum ölkənin vətəndaşlığından məni çıxartsın. Bu ölkədə yaşamağa imkan vermirlər".
Y.Dəmirov bildirir ki, yerli məmurlardan dəfələrlə şikayət etdiyinə görə adını "dəli" qoyublar: "Hara müraciət edirəm, müraciətimi yerli icra hakimiyyətinə göndərirlər ki, tədbir görsünlər. Amma yerli icra hakimiyyəti cavab yazır ki, guya mən dəliyəm, psixoloji problemim var. Mənə şər, böhtan atırlar".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər