Xarici diplomatlar Bəxtiyar Haciyevlə görüşdülər
13-11-2011, 13:50
Oxunub: 6 241
Diplomatik korpus nümayəndələri əvvəlcə onun saxlanma şəraiti ilə maraqlanıblar
Ötən gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Britaniyanın və Polşanın Azərbaycandakı səfirliklərinin nümayəndələri 14 saylı cəzaçəkmə müəssisəsində keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevlə görüşüblər. B.Hacıyevə dəstək qrupunun üzvlərinin verdiyi məlumata görə, diplomatik korpus nümayəndələri əvvəlcə onun saxlanma şəraiti ilə maraqlanıblar. B.Hacıyev hələ ki, bununla bağlı bir problemin olmadığını bildirib. Daha sonra ölkədəki siyasi vəziyyət və digər məsələlərlə bağlı müzakirələr aparıb.
Müzakirələr zamanı B.Hacıyev Avropa İttifaqının xarici işlər naziri, xanım Ketrin Eştonun Bakıya səfəri zamanı Azərbaycan hakimiyyətini siyasi və iqtisadi islahatlara başlamağa, siyasi məhbusları azad etməyə çağıracağına ümid etdiyini vurğulayıb.
Gənc fəal Bakıda keçiriləcək “Eurovision -2012" mahnı müsabiqəsinə toxunaraq deyib ki, bir çox xarici dostları, tələbə yoldaşları boykot kampaniyası başlamaq istəsə də, buna etiraz edir: ”Mən hələ inanıram ki, Azərbaycan hakimiyyəti siyasi məhbus məsələsini qısa zamanda həll edib sürətli demokratik islahatlara başlaya və “Eurovision” zamanı Azərbaycanı dünyaya müsbət tonda təqdim edə bilər. Təbii ki, bəzi qeyri-rasional düşünən rəsmilər israrla bu müsabiqənin hakimiyyətin əleyhinə təbliğat maşınına çevrilməsində israrlı deyillərsə". B.Hacıyev ABŞ-ın Harvard Universitetinin məzunudur. 2010-cu ilin parlament seçkisində 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd olub. Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilən B.Hacıyev hazırda Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Gənc fəal özü, bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, siyasi təşkilatlar həbsin siyasi motivli olduğunu bildirir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər