""Laçın" klinikasında yanğın baş verməsi xəbəri yalandır"-FOTOLAR
12-08-2014, 16:30
Oxunub: 3 658
Klinika öz fəaliyyətini əvvəlkitək davam etdirir
Bu gün bir sıra saytlar Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Laçın" klinikasında güclü yanğın baş verməsi haqda məlumat yayıblar. Bolgexeber.TV-nin əməkdaşı hadisə yerində olub və məlum olub ki, mətbuatda yayılan bu informasiya tamamilə həqiqətə uyğun deyil. Belə ki, klinikanın rəhbərliyindən Bolgexeber.TV-yə verilən məlumata görə yanğın “Laçın” klinikasının da yerləşdiyi Süleyman Sani Axundov küçəsi 5/34 ünvanında yerləşən binanın 5 -ci mərtəbəsində baş verib, klinika isə binanın digər tərəfində ,birinci mərtəbədə yerləşir və bu səbəbdən yanğının klinikaya heç bir aidiyyatı yoxdur. Qeyd edək ki, alovun söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası hadisə yerinə cəlb edilib və yanğın tez bir zamanda söndürülüb, binanın elektrik blokunda başlayan yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Klinikadan həmçinin bildirdilər ki, sadəcə olaraq klinikanın işçiləri hadisə yerinə gələrək könüllü olaraq yanğından xırda zədə alan şəxslərə təmənnasız tibbi yardım, kömək ediblər və bu məqamdan da ucuz sensasiya dalınca qaçan bəzi mətbu orqanlar istifadə edərək yalan məlumat yayıblar. "Laçın" klinikasından verilən məlumata görə klinikaya hər hansı bir ziyan dəyməyib və klinika öz fəaliyyətini əvvəlkitək davam etdirir.
Fotolar Babək Zeynalındır
Bolgexeber.TV



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər