BolgeXeber.Com » Gündəm » Etibar Pirverdiyev nəzarətsiz qaldığından istədiyini edir - İDDİA

Etibar Pirverdiyev nəzarətsiz qaldığından istədiyini edir - İDDİA

13-08-2014, 11:35
Oxunub: 4 809 Bu gün antikorrupsiya dalğasında ilk hədəfə gələn məmur-oliqarxlardan biri məhz "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevdir

Onun barəsində hər zaman mediada qamaqallı fikirlər, ittihamlar irəli sürülür. Dövlət büdcəsini talaması, digər qanunsuz əməlləri barədə ciddi tənqidi yazılar dərc edilir. Deyilənə görə, Etibar Pirverdiyevin Kürsəngidə dəvə ferması var. Bundan başqa, Umbakıda, Xaçmazın Çarxı və Yusuboba kəndlərində də, E.Pirverdiyevin fermaları mövcuddur.

Bu fermalarda əsasən qoyun, inək və camış saxlanılır. Yusubobadakı fermasında baş energetik ancaq ətlik heyvanlar bəslətdirir. Fermada saxlanılan cins heyvanlardan çəkisi az olanının 500 kiloqram əti var. Etibar Pirverdiyevin Xaçmazda, Bakıda, Qubada, Sumqayıtda restoranları, mağazalar şəbəkəsi olduğu söyləntiləri var. Sözügedən ətlər həmin fermalardan onun mağaza və restoranlarına gedir. Əldə edilən məlumatlara görə, Etibar Pirverdiyev əldə etdiyi milyonları yığıb saxlamır. O onları Bakıətrafı istirahət zonalarına böyük yatırımlar qoymaqla sığortalamış olur. O, təkcə Bilgəh qəsəbəsində 100-dən çox villa inşa etdirib. Görünüşçə bir-birindən fərqlənməyən həmin villaların satış qiyməti 500 min -1 milyon dollar arasındadır. Sumqayıtda isə E.Pirverdiyevin kabel və avtomobil zavodu tikilib başa çatmaq üzrədir. Belə ki, ölkəyə elektrik avadanlıqlarının, kabellərin gətirilməsi də E.Pirverdiyevin inhisarındadır. Sadalananlar bununla da bitmir. Etibar Pirverdiyevin "Azenko" şirkəti Bakıda Bayraq Meydanında qülləsini inşa edərkən ciddi səvlərə yol verib. Bir müddət sonra qüllənin laxlaması "Azərenerji" prezidenti Etibar Pirverdiyevin nöqsanlarının nəticəsidir. Belə məlumatlar da var ki, Etibar Pirverdiyevin vəzifəsini hazırda "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov icra edir və bütün səlahiyyətlər ona malikdir. Hətta o da deyilir ki, başı bəlada olan cənab Pirverdiyev hazırda vəzifəsi barədə deyil, düşdüyü durum barədə düşünür və yol verdiyi səhlənkar əməllərinin məsuliyyətini dərk edərək həbsdən yayınmağa cəhd edir.

Etibar Pirverdiyev həmçinin Mingəçevir su anbarı üzərindəki SES-i normadan artıq istismar etməklə də, milyonlar qazanır. Yəni SES-də daha çox elektrik enerjisi istehsalı üçün su anbara həddən artıq çox buraxılır. Alınmış əlavə enerji isə elə "Azərenerji"yə yaxın olan qurumların əli ilə istilik elektrik enerjisi kimi təqdim olunur. Nəticədə isə Etibar Pirverdiyev milyonlar qazanmış olur.

Qeyd edək ki, Etibar Pirverdiyevin əməlləri sadalananlarla bitmir. Belə ki, əldə edilən məlumatlara görə, "Azərenerji"nin əmkdaşları, orada çalışanlar mövcud durumdan heç də razı deyillər. Belə ki, "Azərenerji"də əməkhaqqı kartla verilməyə başlayandan işçilər pullarını 1 ay gecikmə ilə alırlar. Gecikdirilən əməkhaqlar isə milyonlarla manat deməkdir. Bu qədər pulu da bankda 1 ay dövriyyə etdirib faizini götürdükdən sonra işçilərə verilir. İşçilərin pulunun köçürülən "Avtonəqliyyatbank"ın səhmlərinin böyük hissəsinin Etibar Pirverdiyevə məxsus olduğu da deyilir. Söyləntilərə görə, "Azərenerji" prezidenti bu vəzifəyə təyin olunandan sonra bütün savadlı kadrlar buradan didərgin salınıb. Təcrübəli, peşəkar adamlar buradan uzaqlaşdırılıb, başqa-başqa qurumlardan yeniləri yığılıb. Son zamanlar isə E.Pirverdiyevin başı indi dəbdə olan təmir işlərinə qarışıb. Xatırladaq ki, az qala hər il "Azərenerji"nin binası təmir olunur və milyonlarla manat vəsait silinir. Bəs görəsən, Korrupsiya ilə Mübarizə İdarəsi hara baxır?! gundelik-baki