Eldar Əzizovun zülmü onları intihara vadar etdi
13-08-2014, 13:45
Oxunub: 3 700
PA qarşısındakı intiharın təfərrüatı
Sumqayıt şəhərində yaşayan ər-arvad Jalə Salahova və Elçin Almurad oğlu çərşənbə günü səhər saatlarında Prezident Administrasiyasının önündə özlərini yandırıblar.
Hadisənin baş verməsinə səbəb Sumqayıt Şəhər Məhkəməsinin ailəyə məxsus evin sökülməməsi haqda qərar çıxarsa da buna məhəl qoyulmaması, evin sökülməsidir. Bu məmur özbaşınalığına etiraz olaraq ailə üzvləri özlərini yandırıblar. Ərazi mühasirəyə alınsa da hər iki şəxs özlərinə od vura bilib, ətrafdakı insanlar bunun qarşısını alıblar.
Bakı Şəhər Təcili Yardım Stansiyasından Turan-a bildirilib ki, zərərçəkənlər 5 saylı xəstəxanaya yerləşdirilib. Həkimlər qadına bədənin aşağı ətrafı və gövdənin, kişidə isə gövdənin arxa səthinin II-III dərəcəli yanıq diaqnozunu qoyublar. Hər iki şəxsin sağlıq durumunun ağır olduğu bildirilir.
İlk belə etiraz aksiyasını ötən il Qarabağ müharibəsi əlili Zaur Həsənov həyata keçirib. O, Bakının ətrafındakı kommersiya obyektinin sökülməsinə etiraz olaraq özünü yandırıb. Aldığı yanıq xəsarətləri nəticəsində bir neçə gündən sonra xəstəxanada vəfat edib. Bundan sonra onun ailəsinə 100 min manat pul verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər