Göyçayda iş adamı odlu silahla qətlə yetirilib-VİDEO
14-08-2014, 08:00
Oxunub: 3 553
Əvvəlcə onun elektrik cərəyanı vurması səbəbindən ölməsi güman edilib
Göyçay rayonunda qətl hadisəsi baş verib.Hadisə rayonun Alpoud kəndində qeydə alınıb.Kənd sakini 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlunun meyiti yolun kənarındakı elektrik transformatorunun yanından tapılıb. Məlumata görə, əvvəlcə onun elektrik cərəyanı vurması səbəbindən ölməsi güman edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib və meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsində müayinə edilib. Ekspertizanın rəyinə əsasən məlum olub ki, Sahib Abbasov odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və dünyasını dəyişib.
Məlumata görə, Sahib Abbasov Alpoud kəndində çörək sexi işlədirdi və sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Dörd uşaq atası olan Sahib Abbasovun kim tərəfindən və hansı şəraitdə qətlə yetirilməsi hələ ki, məlum deyil.
Hazırda qətli törədən şəxsi tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər