Sumqayıtda fırıldaqçı qadın kassiri belə aldatdı - VİDEO
14-08-2014, 11:40
Oxunub: 4 362
Filmlərdəki kimi peşəkarcasına kassiri aldadan bu qadın heç nə olmamış kimi mağazanı tərk edir
FaktXəbər-ə analoqu olmayan oğurluq hadisəsinin görüntüsü daxil olub. Müşahidə kamerasından görünür ki, ötən gün Sumqayıt şəhəri 8-ci mikrorayondakı uşaq mağazasından alış-veriş edən qadın aldığı malların pulunu ödəmək adı ilə kassaya yaxınlaşır. Ödəyəcəyi məbləği öyrənir ki, 22 manat verməlidir və kassirə tərəf 100 manat uzadır. Kassir pulu götürmək istəyən zaman qadın satıcını suala tutur və ona barmağı ilə digər məhsulları göstərərək fikrini yayındırır. Verəcəyi 100 manatı isə pul qabına qoyub ona iki manat uzadır ki, kassir ona bütöv olaraq 80 manat versin. Fırıldaqçı bu qadın soyuqqanlı şəkildə 80 manatı alır, kassirin isə başı qarışdığından pulu alıb-almadığını unudur. Filmlərdəki kimi peşəkarcasına kassiri aldadan bu qadın heç nə olmamış kimi mağazanı tərk edir.
Bolgexeber.com olaraq, təhlükəsizlik kamerasının qeydə aldığı görüntünü təqdim edirik:
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər