BolgeXeber.Com » Gündəm » Kürdəmirin Xırdapay kəndində səyyar qəbul keçirilib

Kürdəmirin Xırdapay kəndində səyyar qəbul keçirilib

14-08-2014, 16:30
Oxunub: 4 905 Avqustun 14-də rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Xırdapay kəndində əhali ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir


Xırdapay kənd inzibati ərazi dairəsinə daxil olan Xırdapay və Qağacılı kəndlərinin sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Xırdapay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Malik Abbasov əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti və sosial–iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışmış, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırmışdır.
Kənd sakinlərindən Vaqif Hüseynov, Ağaməhəmməd Hacıyev ,Abduləli Talıbov və başqaları çıxış edərək ürək sözlərini söyləmiş, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini bildirmişlər, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi diqqət və qayğıları yüksək qiymətləndirmişlər.
Sonra ayrı-ayrı kənd sakinləri şəxsi xahişləri ilə İcra başçısına müracət etmişlər.
Qəbulda kənd sakinlərinin təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılmış,onların hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verilmiş,qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapmışdır.

Görüşü yekunlaşdıran İcra başçısı Ceyhun Cəfərov ölkə rəhbəri cənab İlham Əliyevin müstəsna səmərəli fəaliyyəti sayəsində Azərbaycanda sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasından, bölgələrimizin sürətli inkişafından, yeni sosial layihələrin icra edilməsindən, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikilməsindən ətraflı danışmışdır.
Rayon rəhbəri ölkəmizdə, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən, yol, su-kanalizasiya infrastrukturunun, qəsəbə və kəndlərimizdə təbii qaz çəkilişinin sürətləndiriləcəyini dərin inam hissi ilə vurğulamış, bu işdə kürdəmirlilərin də fəal köməklik göstərməsini diqqətə çatdırmışdır.
Bolgexeber.com