BolgeXeber.Com » Gündəm » Bakıda sakinlər yük maşınlarının qarşısını kəsdi - VİDEO

Bakıda sakinlər yük maşınlarının qarşısını kəsdi - VİDEO

15-08-2014, 10:50
Oxunub: 2 787 Sakin Büləqəm Qarayeva: "Mən evdə otura bilmirəm, nəfəs almaq qeyri-mümkündür”

Uzun müddətdir evlərinə yaxın ərazidə aparılan təmir işləri ucbatından normal yaşayışlarının pozulduğunu deyən sakinlər bu gün buna etiraz olaraq əraziyə gedən yolu kəsiblər.Nəticədə 10-a yaxın yük maşını bir neçə saat fəaliyyətini dayandırıb. Söhbət Zığ şossesindən, Hövsan qəsəbəsi istiqamətinə gedən yolda tikilən evlərdə yaşayan sakinlərdən gedir. Sakin Büləqəm Qarayevanın sözlərinə görə, pəncərəni aça bilmirəm: “Uşaqları eşiyə buraxa bilmirəm. Özüm şəxsən gedib şəhərdə kirayə qalıram. Mən evdə otura bilmirəm, nəfəs almaq qeyri-mümkündür”.Sakin Solmaz Səfərova isə deyir ki, özümdə xəstəlik tapmışam, asma xəstəsiyəm: “Məcbur qalıb işimin dalınca gedirəm. Evin təmizliyi bir tərəfə qalsın, bu, mənim səhhətimə də ziyandır“.
Sakinlər deyir ki, əraziyə gətirilən yük maşınlarının getdiyi yoldan çıxan toz-duman elə bir vəziyyət yaradır ki, göz-gözü görmür. Hava küləkli olanda isə vəziyyət daha da pis olur. Halbuki, küləkli hava şəraitində yollar əvvəlcə sulanmalı, daha sonra ərazidən yük maşınları keçməlidir. Qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz isə boşa çıxdı. Tikintini həyata keçirən şirkətin əraziyə xüsusi su maşını göndərdiyinin də şahidi olduq. Tozlu ərazi sulandıqdan sonra yük maşınları yenidən fəaliyyətini bərpa etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə öyrəndik ki, paytaxt ərazisində havada tozun miqdarı aylıq nəzərdə tutulan normadan 20 faiz çoxdur. Bu cür halların qarşısını almaq üçün isə nazirlik tərəfindən mütəmadi olaraq reydlər keçirilir. Nazirlikdən o da bildirildi ki, havada tozun miqdarının qarşısını almaq üçün reydlər bundan sonra da aparılacaq.
Bolgexeber.com