BolgeXeber.Com » Gündəm » Quba Rayon Mədəniyyət və Turizm Şöbəsindəki qanunsuzluqlar

Quba Rayon Mədəniyyət və Turizm Şöbəsindəki qanunsuzluqlar

16-08-2014, 13:30
Oxunub: 3 664 İstirahət obyektlərindən gələn gəlirlərin hamısı Orucovun cibinə gedir

Respublikanın ən qədim mədəniyyət və turizm ocaqlarından biri də Quba rayonudur. Adıçəkilən rayon öz mədəniyyət ocaqları, yaşıllıqları və təmiz havası ilə həmişə fərqlənib. Quba həm də turistlərin ən çox olduğu rayondur. Hətta yay fəslində orada istirahət üçün yer tapmaq müşkülə çevrilir. Lakin son zamanlar bu rayon haqqında da mediada tez-tez neqativ informasiyalar yer alır.

Redaksiyamıza daxil olan məlumata görə, Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fuad Orucovun qanunsuz əməlləri və yanlış idarəetmə sistemi rayon sakinlərinin narazılığına səbəb olub. Çünki bu şəxs Qubada mədəniyyət və turizm sahəsinin inkişafına dair heç bir iş görmür. Əksinə rayon mədəniyyətini tənəzzülə doğru aparır. Şikayət məktubunda bildirilir ki, Fuad Orucov rayon mədəniyyətinə və turizminə xələl gətirməklə məşğuldur: "Qubada eyni zamanda kəndlərin hamısında mədəniyyət evləri fəaliyyət göstərir. Lakin buna fəaliyyət demək olmaz. Şöbə müdiri həmin mədəniyyət evlərinə müəyyən maraqları naminə öz yaxın adamlarının adlarını yazdırıb onlara düşən əmək haqqlarını mənimsəyir. Sözügedən müəssisələrin fəaliyyətindən heç əsər-əlamət yoxdur. Bir-iki mədəniyyət klubu var ki, onların da fəaliyyəti heçə bərabərdir. Adıçəkilən müəssisələrin konstruksiyası bərbad vəziyyətdədir. Onların əsaslı təmirə ehtiyacı var. Əks halda bir neçə ildən sonra bu müəssisələri yerində görmək mümkünsüz olacaq. O baxımdan mədəniyyət evlərinə dövlət tərəfindən ayrılan vəsaitlər lazımi yerlərə sərf olunmalıdır. Bundan başqa digər ölkələrdən turist kimi rayona təşrif buyuran turistlər hesabına hər il külli miqdarda vəsait toplanır. Fuad Orucov hətta bu vəsaitin də arxasına keçib. Rayondakı tarix və mədəniyyət abidələrinin bərpası və konservasiyası ilə bağlı demək olar ki, heç bir iş görülməyib. Hal-hazırda Quba rayon mədəniyyət və turizm şöbəsinin tabeliyində Heydər Əliyev Mərkəzi, A.A.Bakıxanov adına tarix-diyarşünaslıq muzeyi, A.A.Bakıxanovun memorial ev muzeyi, Şəhidlər muzeyi, 18 mədəniyyət evi, 68 klub, 91 kitabxana, tarixi abidə mühafizəçiləri qrupu, turizm informasiya mərkəzi, şəhər mədəniyyət və istirahət parkı, uşaq incəsənət və uşaq musiqi məktəbi fəaliyyət göstərir. Rayonda 32 qeydə alınmış mehmanxana və bu tipli istirahət mərkəzləri turistlərə xidmət göstərir. "Olimpiya" kompleksi, "Cənnət bağı", "Nazlı bulağı", "Bərpa SPA", "Aynur", "TERASSA", "Retro", "Qəçrəş", "Səməd", "Quba" və s. istirahət mərkəzləri xidmət göstərirlər. Lakin adıçəkilən mədəniyyət mərkəzləri baxımsızlıqdan əziyyət çəkir. Bir neçə il öncə mədəniyyət mərkəzlərində əsaslı təmir aparılmışdı. İndi həmin mədəniyyət ocaqları yararsız hala düşüb. Təmir işləri zamanı yeyinti faktlarının çox olması işlərin düzgün yerinə yetirilməsinə imkan verməyib.

Bundan başqa şöbə müdiri mədəniyyət evlərini texniki avadanlıqlarla da təmin etməyib. Rayondakı istirahət obyektlərindən gələn gəlirlərin hamısı Orucovun cibinə gedir. Maraqlısı odur ki, bu şəxsə dur deyən yoxdur. Ona görə də şöbə müdiri ürəyi nə istəyir onu da edir. Onun bu əməllərinin qarşısı nə qədər ki, alınmayacaq, o vaxta qədər də Orucov dövlətin büdcəsini talayacaq və rayon sakinlərini narahat edəcək. Hesab edirik ki, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyilənləri nəzərə alacaq. Və bu şəxsi layiq olduğu cəza ilə cəzalandıracaq.gundelik-baku

Qarşı tərəflərin də münasibətini dərc etməyə hazırıq.