BolgeXeber.Com » Gündəm » Broyler toyuqları təhlükə mənbəyidir

Broyler toyuqları təhlükə mənbəyidir

17-08-2014, 10:00
Oxunub: 3 029 Quş yemlərinin tərkibinə genetik modifikasiya olunmuş komponentlər qatırlar

Qida rasionumuzda ən çox yeri ət məhsulları tutur. Ət məhsulları içərisində ən çox yeri toyuq məhsullarına veririk. Xüsusilə də broyler toyuqları qida rasionumuzun xüsusi yerini tutur. Rayon və kəndlərdə yaşayan insanlar kənd toyuqları ilə qidalansalar da, paytaxtda yaşayanlar kənd toyuqlarından istifadə edə bilmirlər. Ona görə də broyler toyuqlarına üstünlük verirlər. Lakin son bir neçə ildə broyler toyuqlarının insan səhhətinə zərərli olub-olmaması xüsusi müzakirə mövzusudur. Hesab olunur ki, əslində, normalara, xüsusən də belə toyuqlara verilən yemin tərkibi ilə bağlı standartlara riayət edilmir. Buna görə də broyler toyuqları insan sağlamlığı üçün təhlükə yaradır. Bundan başqa Azərbaycana toyuq əti İran, Türkiyə və Braziliyadan gətirilir və bu məhsullar arasında İran və Braziliya toyuqları daha ucuz satılır. Xaricdən gətrilən toyuqlarla bağlı xoşagəlməz tərəf həmin məhsulların istehsalı üzərində Azərbaycanın nəzarətinin olmamasıdır. İstisna edilmir ki, həmin toyuqlaar verilən yemlərin, eləcə də bu toyuqların özünün tərkibinə genofondumuz üçün təhlükəli maddələr vurulur. Belə maddələr həmin toyuqların çəkisinin artmasına kömək etsə də, insan səhhəti üçün ciddi problemlər yaratmaq iqtidarındadır.

Digər tərəfdən yerli broylərin heç də hamısı toyuqların yemlənməsində standartlara uyğun hərəkət etmirlər. Məlumdur ki, broyler toyuqları geni dəyişdirilmiş toyuq cinsidir. Bu cins toyuqlar aldığı qida maddələrinin hamısını ətə çevirirlər. Yəni cinsin özəlliyi budur. Broyler toyuğunun 4-5 həftəyə kökəlməsinin səbəbi onun genetikası ilə bağlıdır. Bu zaman onlara vurulan hormonal preparatlar da ətə çevrilir. Hormonal preparatlardan heyvandarlıqda yeni cinsin yaradılmasında istifadə edilir.

Ekspertlər bildirir ki, broyler təsərrüfatlarında xüsusi yemlərdən istifadə edilməlidir. Həmin yemin tərkibində 40-a yaxın vitamin olmalıdır. Vitaminlər müxtəlif ölkələrdən gətirilərək burada emal olunduğundan baha başa gəlir. Sahibkarlara həmin vitaminləri almaq sərfəli görünmür. Bu səbəbdən bəzən heç belə vitaminlərdən istifadə olunmur.

Onu da etiraf etmək lazım gəlir ki, broyler toyuqlarının tərkibinin zərərli olması yalnız müəyyən laborator nəticələrlə sübuta yetirilə bilər. Lakin ekspertlər broyler toyuqlarının bir sıra fəsadlar yaratdığını inkar etmir. Ümumiyyətlə, tez hazırlanan məhsullar həddən artıq piylənməyə, şəkərli diabetə, mübadilə pozğunluğuna və sairəyə gətirib çıxarır ki, bundan da xeyli insan əziyyət çəkir. Bundan başqa, orqanizmdə müəyyən problemlər yaradır. Amerika və Avropa ölkələrinin əksəriyyətində piylənmədən əziyyət çəkən çoxlu sayda insan var. Ən əsası isə piylənmə orqanizmin normal xərçəng əleyhinə müdafiə sisteminin möhkəmlənməsinə imkan vermir. Xaricdən qəbul olunan bu cür qidalar bədənin energetik ehtiyatlarının tükənməsinə gətirib çıxarır. Nəticədə ekstremal durum yaranır. Həmin durumda da maddələr mübadiləsi istənilən istiqamətdə pozula bilər.

Ekspertlər bildirir ki, kənd toyuqlarının böyümə müddətinin 6 aydır. Təbiətin qanunu belədir ki, toyuğun ətə-cana gəlməsi, kəsilməsi üçün ən azı 6 ay gözləmək lazımdır. Broyler toyuğu isə 5-6 həftəyə artıq ətlənir. Amma bu zaman onun qida dəyəri, orqanizmə xeyri azalır. Kənd toyuqları ətli olmasa da, dadı və tamına görə broyleri geridə qoyur.

Broyler toyuqları əhali arasında kökəlmə və digər xəstəliklər çoxalır. İmmun zəifləməsi müşahidə edilir ki, bu da xəstəliklərə yol açır.

Qonşu dövlətlərdən və bəzi Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda süni yemləmə sistemi mövcud deyil. Demə, yerli müəssisələrdə yem təbiidir. Onun tərkibi taxıl, qarğıdalı və günəbaxan tumunun yağından ibarətdır.Bizdə yemin tərkibinə hormonal dərmanlar qatılmır. Yalnız onların xəstəliklərə qarşı immunitetini artırmaq üçün yemlərinə müvafiq dərmanlar əlavə edilir. Azərbaycan broyler müəssisələrini fərqləndirən bir cəhət də odur ki, bizdə toyuq 40 gündən tez kəsilmir. Türkiyədə isə bu rəqəm 28 gündür. Qeyd edək ki, bir neçə ölkədə quş yemlərinin tərkibində genetik modifikasiya olunmuş komponentlər qatırlar. Belə qidalardan ölkəmizdə də istifadə olunur. Bütün bunlar bəzi broyler toyuqlarının təhlükə mənbəyi olmasından xəbər verir.