Ağdamın yeni icra başçısı sabiq icra başçısının ənənələrini davam etdirir
17-08-2014, 14:15
Oxunub: 5 681
Ağdamın icra başçısı Quzanlıda qardaşı üçün restoran alıb
Ağdamlı məmurlar isə hər gün Raqub Məmmədovun qardaşı üçün aldığı restoranda yeyib-içməyə məcburdurlar.Ağdamın yeni icra başçısı sabiq icra başçısının ənənələrini davam etdirirBelə ki, Ağdamın sabiq başçısı Nizami Sadıqov restoran biznesinə böyük maraq göstərirdi və yeni icra başçısı Raqub Məmmədov sələfinin yolu gedərək Quzanlıda restoran biznesinə girişib. Ağdamdan daxil olan məlumata görə Raqub Məmmədov Quzanlı qəsəbəsinin yaxınlığındakı meşə zolağında yerləşən və yerli əhalinin «Əhliman bağı» adlandırdığı restoranı qardaşı Şahin Məmmədov üçün alıb. Qardaşına restoran bağışlayan icra başçısı həmçinin Ağdam məmurlarının və iş adamlarının qarşısına da tələb qoyub. Məmurlar və iş adamları ancaq «Əhliman bağı»nda yeyib içməlidirlər.
Məlumat verən mənbəninin bildirdiyinə görə icra başçısı hər gün nahar və şam yeməklərini qardaşının restoranında yeyir. Ona görə də məmurlar və iş adamları nahar və şam yeməyi üçün «Əhliman bağı»na gəlirlər.
Qeyd edək ki, Raqub Məmmədov bir neçə ay əvvəl Ağdam rayonunun icra başçısı təyin olunub. Onun sələfi Nizami Sadıqov da Ağdamda bir neçə restoranını sahibi idi və məlumata əsasən Raqub Məmmədov sələfinin restoranlarını ələ keçirməyə cəhd edir. Xatırladaq ki, Nizami Sadıqov Bakının bir müddət əvvəl Bakıda yerləşən dəbdəbəli «İzmir» restorannını almışdı və vəzifədən alındıqdan sonra həmin restoranı daha ucuz qiymətə satmağa məcbur olmuşdu.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər