BolgeXeber.Com » Gündəm » “Nurgün Motors”un sahibinin pullarını kimlər oğurlayır?

“Nurgün Motors”un sahibinin pullarını kimlər oğurlayır?

18-08-2014, 09:40
Oxunub: 5 770 Azərbaycanda bir çox iş adamı futbola məcburi şəkildə pul qoyur

Öz bizneslərini qorumaq, dövlətdən yeni imtiyazlar almaq üçün hər hansı bir kluba sponsorluq etməyə razılaşırlar. Belələrindən biri də Nuru Əliyevdi.
Əvvəlcə Salyan “Muğan”ını himayəyə götürən “Nurgün Motors”un sahibi daha sonra bölgə klubunu “Rəvan”a qurban verdi. Bunun səbəbi isə bölgədə klub saxlamağın çətinliliyi idi. Lakin Nuru Əliyev Bakıdakı komandasını da Premyer Liqada saxlaya bilmədi. Ötən mövsüm sonuncu pilləni tutan komanda I diviziona yuvarlandı. “Bakı”nın dağılmaq təhlükəsi ortaya çıxanda “sarı-qırmızılılar” elitaya qayıtmaq üçün tamahlansa da, Hafiz Məmmədov buna imkan vermədi.
“Rəvan” Azərbaycan klubları arasında ən çox baş məşqçi və heyət dəyişənlərdən biridi. Mövsüm ərzində 2-3 dəfə baş məşqçisi ilə yollarını ayıran komanda hər dəfə də heyətə əl gəzdirmək məcburiyyətində qalır. Təbii ki, hər bir baş məşqçi öz heyətini qurmalı, oyun fəlsəfəsinə uyğun gələn futbolçuları ətrafına toplamalıdı. Amma…
Rəvan”da bunun səbəbi başqadı. Məqsəd transferlərdən pul qazanmaqdı. Nuru Əliyevin ən çox inandığı adamlardan olan vitse-prezident Bəhruz Şirəliyev və klubun digər yüksək vəzifəli idarəçiləri tez-tez baş məşqçi dəyişməklə həm də heyətin yenilənməsinə, çox sayda futbolçunun gəlib-getməsinə səbəb olurlar ki, bu da onlara pul qazanmaq üçün yeni-yeni fürsətlər qazandırır.
“Rəvan”da alınan və göndərilən futbolçularla bağlı bütün qərarları Şirəliyev verir. Baş məşqçilər də onun istəyi ilə komandaya gətirildiyindən vitse-prezident bütün qərarları ilə şərtsiz razılaşırlar. Şirəliyev bütün transferlərdən pul qazanır. Nuru Əliyevə təqdim olunan müqavilələrdə göstərilən məbləğin ən azı 25-30 faizi məhz vitse-prezidentin cibinə axır.
Bəzən bu saxtakarlıqlar Şirəliyevin işini çətinə də salır. Məsələn, ötənr yay İsveçin “Hammarbü” klubundan transfer olunan Sebastian Kastro-Tello ölkəmizdə 9 oyun keçirdikdən sonra vətəninə qaçdı və müqaviləsi qüvvədə olsa da, geri dönmədi. Heç əlində rəsmi müqavilə olan “Rəvan” rəhbərliyi də FIFA-ya şikayət edə bilmədi. Səbəb isə çox sadədi. Şirəliyev bu futbolçunun transferindən nə az, nə çox – düz 50 min dollar oğurlamışdı. Deyilənə görə, Tello açıq-aşkar vitse-prezidenti təhdid edərək müqaviləsinin vaxtından əvvəl pozulmasına nail olub. Oğurluqdan Nuru Əliyevin xəbər xəbər tutmasından qorxan vitse-prezident onu müxtəlif yalanlarla aldadaraq Tellonun məsələsini ört-basdır etməyə nail olub.
“Rəvan”da baş məşqçilər Şirəliyevin qərarlarını şərtsiz qəbul etməli və yalnız onun istədiyi futbolçuları transfer etməlidi. Menecerlərlə yaxşı əlaqələri olan vitse-prezident bu yolla hər mövsüm böyük məbləğdə pullar qazanır. Onun istəklərini yerinə yetirməyən baş məşqçilər isə qısa zamanda klubdan qovulur. Buna misal olaraq Şahin Diniyevi göstərə bilərik. Komandaya böyük ümidlərlə gələn millimizin sabiq baş məşqçisi bir müddət sonra Şirəliyevin məqsədini anladı və onun əməllərinə alət olmaq istəmədi. Bu səbəbdən də klubu tərk etməli oldu. Deyilənrə görə, Şirəliyev Diniyevin gedişi ilə bağlı Nuru Əliyevə “daha çox transfer büdcəsi istəyirdi” deyə izah edib.
Premyer Liqanı tərk edən “Rəvan”ın başı üzərində indi daha böyük təhlükə var. Belə ki, paytaxt klubu FIFA-nın sanksiyaları ilə üz-üzə qala bilər. Komandanın formasını geyinmiş bir neçə legioner ali futbol qurumuna müraciət edib. Səbəb isə müqavilə şərtlərinin yerinə yetirilməməsidi. Onlara verilməli olan pullar klubun büdcəsindən siilnsə də, ünvanına çatmayıb. İndi Şirəliyev müxtəlif yollarla həmin futbolçuları susduraraq ifşa olunmamağa çalışır.
Düşünməyin ki, vitse-prezident bu işləri təkbaşına görür. Bu qədər pulu bir nəfərin – özü də klubda ikinci şəxs olan birinin yeməsi mümkün deyil. Şirəliyevin bütün əməllərindən Nuru Əliyevin etimad etdiyi “Rəvan”ın prezidenti Musfiq Səfiyevin də xəbəri var. Amma susur. Səbəb isə əldə olunan milyonlardan ona da pay çatmasıdı.
Bizixmeber.az