BolgeXeber.Com » Gündəm » «AXA-Mbask» sığorta şirkətindən şikayət

«AXA-Mbask» sığorta şirkətindən şikayət

18-08-2014, 16:45
Oxunub: 3 533 Sığorta şirkəti “iki ayağını bir başmağa dirəyib” ki, tələb olunan pulu ödəyəsi deyillər

Ölkəmizdə sığorta işinin problemli olması haqda çox yazılıb. Bununla bağlı mütəmadi olaraq şikayətlər daxil olur və həmin şikayətlərin ana qayəsini sığorta şirkətlərinin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması təşkil edir. Anoloji problemlə xalq.az-a müraciət edən Bakı şəhər sakini Dəyanət Əliyev də məhz sığorta şirkətinin özbaşınalığından şikayətçidir. Vətəndaşla «AXA-Mbask» sığorta şirkəti arasında yaranan münaqişənin yaranma səbəbinə nəzər salaq. Vətəndaş bildirir ki, mayın 29-da Biləsuvar rayonu ərazisində dolu yağması nəticəsində avtomobilinə 1800 manat məbləğində zərər dəyib. Onun sözlərinə görə, idarə etdiyi «Pejo Pars» markalı avtomobilinin üzəri düşən dolu səbəbindən əzilib və üzünün rəngi yararsız hala düşüb. Bununla əlaqədar o, avtomobilini sığorta etdirdiyi «AXA Mbask» şirkətinə müraciət edib və şirkətin nümayəndələri hadisə yerinə gələrək, həqiqətən də maşina zərər dəydiyini müəyyənləşdiriblər. Həmçinin zərərlə bağlı akt tərtib edərək, onu sığorta şirkətinin mərkəzi ofisində göndəriblər. Amma… Amması budur ki, bütün baş verənlərə baxmayaraq sığorta şirkəti sonda vətəndaşa dəymiş ziyanı ödəməkdən ənənəvi üsulla imtina edib. Ənənəvi üsul isə dəymiş ziyanın qəsdən azaldılmasıdır ki, bu zaman sığorta şirkəti işin içindən asanlıqla çıxır. Belə ki, vətəndaşla şirkət arasında bağlanılmış müqaviləyə əsasən 500 manata qədər dəyən maddi ziyan «AXA Mbask» tərəfindən ödənilmir. Və şirkət də guya müəyyənləşdirib ki, Dəyanət Əliyevin maşınına 400 manatlıq ziyan dəyib ki, bu da müqəviləyə görə «AXA Mbask»ı maliyyə məsuliyyətindən azad edir. Halbuki, Dəyanət Əliyev iddia edir ki, onun maşınına dəymiş zərərin məbləği 1800 manatdır. Və bu rəqəmi də ayrı servislərdən birində dəqiqləşdirib. Hətta həmin servis zərərlə bağlı yazılı şəkildə qiymət də çıxarıb ki, bunu sığorta şirkətinə təqdim etsinlər. Amma bu dəfə də sığorta şirkəti “iki ayağını bir başmağa dirəyib” ki, tələb olunan pulu ödəyəsi deyillər. Bütün bu qanunsuzluğa və özbaşınalığa etiraz edən Dəyanət Əliyev baş verənlərlə bağlı dövlət başçısı və müvafiq dövlət qurumlarına müraciət edib.

Məsələ diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq.

«AXA Mbask» sığorta şirkəti ilə dəfələrlə əlaqə saxlmağımıza baxmayaraq heç bir açıqlama ala bilmədik.

Qarçı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com