Sumqayıtda oğurlanan 2 aylıq uşağın axtarışları davam edir (VİDEO)
19-08-2014, 01:40
Oxunub: 3 844
Bir neçə gün bundan öncə Sumqayıtda oğurlandığı iddia edilən iki aylıq uşağın axtarışları davam edir
Əməliyyat tədbirlərinə Sumqayıt Şəhər Polis İdarəsinin bütün şəxsi heyəti cəlb olunmaqla yanaşı, paytaxt polisi də bu işə köməklik edir. Amma hələlik körpənin axtarışları ilə bağlı hər hansısa, bir nəticə yoxdur. Elə bu məqsədlə də itkin düşən iki aylıq Aylin Əhmədlinin babası Şirzad Hacıyev də hər kəsdən yardım gözləyir.
Nəvəsini axtaran Şirzad Hacıyevin sözlərinə görə, həmin vaxt qızı Aysel Əhmədova onlarda olub: “Qonşuları qızı Ayseli bayıra çağırıb ki, bəs sənə kömək etmək istəyən bir xanım gəlib, sizi axtarır. Bundan sonra Aysel Əhmədova uşaqlarını da götürərək həmin xanımla görüşüb söhbət etmək qərarına gəlib. 40-45 yaşlarında olan sarışın xanımla görüşən zərərçəkən, 3 uşağı ilə birgə üz tutub şəhərin Nəsimi adına istirahət parkına. Həmin xanımın şirin vədlərinə inanan Asyel Əhmədova, iki aylıq körpəsini ona həvalə edib”.
Şirzad Hacıyev deyir ki, aldadıb ki, pul vermişəm, qalx min attraksiyona, hətta onunla şəkil çəkdirmək istəyib.
Hazırda həmin orta yaşlı xanımın axtarışları davam edir. Sumqayıt Şəhər Polis İdarəsi də vətəndaşların bu axtarışlara köməklik edəcəyini gözləyir. İdarədən verilən məlumata görə, Aylin Əhmədovanı oğurlamaqda şübhəli bilinən 40-45 yaşlarında olan, orta bədən quruluşlu, sarışın qadın barəsində məlumatı olanlar varsa, bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə və ya Daxili İşlər Nazirliyinin “102” qaynar xətt xidmətinə məlumat vermələri xahiş olunur.ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər